Reytinqli serial 6 ildən sonra yenidən ekranlarda FOTO
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin ekran fenomenlərindən biri olan "Avlu" serialı 6 illik fasilədən sonra yenidən tamaşaçıların görüşünə gəlir.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, 2018-2019-cu illərdə yayımlandığı müddətdə böyük maraqla izlənilən və qısa zamanda fenomenə çevrilən serial bu dəfə yeni heyətlə geri dönməyə hazırlaşır.
Limon Film tərəfindən yenidən ekranlaşdırılan serialda Ceren Moray və Nursel Köse kimi tanınmış aktyorlar rol alacaq. Lakin serialın baş rol aktrisası olan və "Deniz" obrazı ilə yadda qalan Demet Evqar bu dəfə aktyor heyətində yer almayacaq. Bu məlumatı jurnalist Birsen Altuntaş paylaşıb. Hal-hazırda "Bahar" serialında baş rolda yer alan Evqarın layihədə iştirak etməyəcəyi təsdiqlənib.
İstehsalçı Rüçhan Çalışkurun təqdimatında serialın ilk treyleri artıq yayımlanıb və qısa zamanda sosial şəbəkələrdə geniş marağa səbəb olub.
Yeni mövsümün yayımlanma tarixi hələ açıqlanmasa da, "Avlu"nun dönüşü artıq tamaşaçılar arasında böyük həyəcan yaradıb.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 14 Aprel 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















