Icma.az
close
up
RU
Reza Deqati Çində beynəlxalq tədbirdə Qarabağ həqiqətlərini dünyaya çatdırıb

Reza Deqati Çində beynəlxalq tədbirdə Qarabağ həqiqətlərini dünyaya çatdırıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 8 sentyabr, AZƏRTAC

Dünyaşöhrətli fotoqraf Reza Deqati Çin Xalq Respublikasının Hunan vilayətində keçirilən Beynəlxalq Foto Sənəti Federasiyasının (International Federation of Photographic Art – FIAP) 9-cu Foto Görüşü beynəlxalq foto tədbirinə əsas çıxışçı və mentor kimi dəvət olunub. Tədbir FIAP, Çin Foto Sənəti Cəmiyyəti, eləcə də Hunan vilayətinin Xarici İşlər İdarəsi və Mədəniyyət-Turizm Departamenti tərəfindən təşkil edilib.

AZƏRTAC xəbər verir ki, örüş çərçivəsində Reza Deqati 15 gün ərzində 40 ölkədən, həmçinin Çindən olan 400-dən çox fotoqrafla birlikdə səyahət edib və öz təcrübələrini bölüşüb.

Tədbirin iştirakçılarından Rasha Al Abdali öz sosial media səhifəsində qeyd edir: "9-cu Foto Görüşü zamanı əfsanəvi fotojurnalist Reza Deqatinin mühazirəsinİ dinləmək şansımız oldu. Onun dərin və ilhamverici təqdimatı hər kəsi ovsunladı – işi bizi həm təsirləndirdi, həm ümidləndirdi, həm də güldürdü. 60 ildən çox davam edən yaradıcılıq yolunun hikməti bir anlıq hamını düşündürdü. Deqatinin insanlıq və dəyərlər haqqındakı mesajı bizə unudulmaz dərs verdi: sənət vasitəsilə insanlığın əsas prinsiplərini əks etdirərək güclü təsir yaratmaq və bu qarışıq dünyanı bir az da olsa daha yaxşı bir yerə çevirmək mümkündür”.

Çıxışında Reza Deqati müxtəlif ölkələrdə çəkdiyi fotoları və videoları təqdim etməklə yanaşı, xüsusi olaraq Qarabağ həqiqətlərini tədbir iştirakçılarına çatdırıb. Onun Qarabağla bağlı danışdığı hekayələr beynəlxalq fotoqraflar arasında böyük maraq doğurub. Reza Deqati çıxışında deyib: “Məni ən çox təəccübləndirən o oldu ki, Türkiyədən olan bir fotoqraf istisna olmaqla, digər 399 fotoqraf Qarabağ haqqında yalnız erməni rəvayətlərini bilirdi. Bu, Qarabağ həqiqətlərini yaymaq üçün hələ uzun yolumuz olduğunu göstərir. Amma əminəm ki, həqiqət qalib gələcək”.

Bu beynəlxalq platformada Reza Deqatinin çıxışı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri