Icma.az
close
up
RU
Rezervasiyalar ləğv edilir Turistlər planlarını dəyişir

Rezervasiyalar ləğv edilir Turistlər planlarını dəyişir

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik artıq təkcə təhlükəsizlik məsələləri ilə deyil, həm də hava nəqliyyatı və turizm sektoru ilə bağlı narahatlıqları gündəmə gətirir. ABŞ və İsrailin İrana qarşı əməliyyatları fonunda region üzərindən keçən bəzi hava marşrutlarında dəyişikliklər edilməsi və uçuş təhlükəsizliyi ilə bağlı risklərin artması turizm bazarında qeyri-müəyyənlik yaradır. Bu vəziyyət turistlərin səyahət planlarına, turizm şirkətlərinin fəaliyyətinə və rezervasiya qərarlarına təsir göstərə bilər.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən turizm eksperti Cəfər Qarayev bildirib ki, regionumuzda, qonşu ölkələrdən birində artıq 14 gündür ki, şiddətli hərbi münaqişə və müharibə davam edir və bu vəziyyət isə birbaşa turizm sektoruna mənfi təsir göstərir. 
"Turizm elə bir sahədir ki, dünyada baş verən hər hansı neqativ hadisə – təbii fəlakətlər, münaqişələr, müharibələr, siyasi gərginliklər və ya iqtisadi tənəzzül dərhal bu sahəyə təsir edir. Belə hallar yalnız həmin ölkənin turizminə deyil, həm də qonşu ölkələrə, bəzən isə ümumiyyətlə əlaqəsi olmayan digər ölkələrə də təsir göstərə bilir. Bunu biz Hindistan və Pakistan arasında baş verən qısamüddətli münaqişə zamanı da müşahidə etdik. Həmin hadisə Azərbaycanın turizm sektoruna da müəyyən təsir göstərmişdi. Eyni vəziyyət hazırda regionda baş verən müharibə ilə bağlı da yaşanır. Keçən il 12 gün davam edən gərginlikdən sonra indi münaqişə artıq 14 gündür davam edir və bu, həm Azərbaycana gəlmə turizminə, həm də ölkədən xaricə səfərlərə ciddi təsir göstərir".
Ekspert bildirib ki, azərbaycanlı turistlərin ən çox üz tutduğu istiqamətlərdən olan Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi ölkələrdə bəzi hava limanları ya bağlanıb, ya da məhdud rejimdə fəaliyyət göstərir. 
"Uçuşların sayı azaldılıb və təhlükəsizlik məsələləri tam təmin olunmadığı üçün insanlar həmin istiqamətlərə səfərlərdən imtina edir və ya planlarını dəyişirlər. Belə bir vəziyyətdə turizm şirkətləri və turistlər üçün ən optimal çıxış yolu mövcud rezervasiyaları ya ləğv etmək, ya da tarixlərini dəyişməkdir. Lakin müharibənin nə vaxt başa çatacağı qeyri-müəyyən olduğundan tarix dəyişmək də hər zaman effektiv olmur. Buna görə də daha məqsədəuyğun variant rezervasiyaları ləğv edib alternativ istiqamətlər seçməkdir. Alternativ istiqamətlər əsasən qərb və şərq istiqamətlərində ola bilər. Qərb istiqamətində isə Azərbaycan turistləri üçün ən yaxın və prioritet ölkə Türkiyə hesab olunur. Hazırda Türkiyədə təhlükəsizliklə bağlı hər hansı problem yoxdur, hava məkanı açıqdır və yay turizmi mövsümünə hazırlıq davam edir. Otellər fəaliyyət göstərir və çimərlik turizmi üçün şərait mövcuddur. Bundan əlavə, dil baryerinin olmaması, birbaşa uçuşların çoxluğu və müxtəlif şəhərlərə səfər imkanları Türkiyəni azərbaycanlı turistlər üçün ən əlverişli istiqamətlərdən birinə çevirir".
Onun sözlərinə görə, Türkiyədən sonra alternativ istiqamətlər arasında Misir də ön plana çıxır. 
"Misir çimərlik turizmi ilə məşhurdur və demək olar ki, il boyu turizm mövsümü davam edir. Hava məkanı açıqdır və uçuşlar müəyyən qədər uzaq marşrutla həyata keçirilsə də, səfərlər mümkündür. Tarixi abidələri, dəniz kurortları və istirahət mərkəzləri ilə Misir turizmdə öz sözünü demiş ölkələrdən biridir. Bu arada Azərbaycan Hava Yolları da yeni qərar açıqlayıb və mart ayı üçün bir neçə istiqamətdə əlavə reyslər açıldığını elan edib. Bu istiqamətlər arasında İstanbul, Tbilisi və Almatı şəhərləri yer alır. Xüsusilə İstanbul istiqamətində əlavə reyslərin açılması Türkiyəyə olan tələbatın artdığını göstərir. Ümumilikdə mövcud vəziyyəti nəzərə alsaq, yaxın dövrdə azərbaycanlı turistlərin ən çox üz tutacağı istiqamətin Türkiyə olacağı gözlənilir".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Mart 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri