Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

İnsan sağlamliğina verilən dəyər

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

“Rezident 400 manata necə yaşasın?” KONKRET

“Rezident 400 manata necə yaşasın?” KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər Azərbaycan səhiyyəsində ciddi struktur dəyişiklikləri aparılsa da, sistemin dayanıqlılığı və gələcəyi ilə bağlı narahatlıqlar qalmaqdadır. Bu narahatlığın əsas səbəblərindən biri həkimlərin yaş bölgüsü, kadr çatışmazlığı və xaricə beyin axınıdır. Rəsmi statistika və ekspert rəyləri göstərir ki, ölkədə tibbi kadr potensialı tədricən yaşlanır, gənc mütəxəssislər isə daha çox xarici ölkələrdə işləməyə üstünlük verirlər.

KONKRET.az  mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, ölkənin səhiyyə sistemində fəaliyyət göstərən həkim heyətinin yaş strukturunda ortayaşlı kadrlar üstünlük təşkil edirlər. Ümumi heyətin təxminən 76 faizi 35-55 yaş arası mütəxəssislərdən ibarətdir. 35 yaşadək gənc həkimlərin payı isə cəmi 10.3 faiz təşkil edir. Bu rəqəmlər göstərir ki, yaş balansı ciddi şəkildə pozulub.

Dövlət Statistika Komitəsinin 2025-ci ilin əvvəlinə olan məlumatına əsasən, ölkədə ümumilikdə 35.2 min həkim fəaliyyət göstərir. Onların 26.2 mini dövlət, 9 mini isə özəl tibb müəssisələrində çalışır. Qadın həkimlərin sayı 23.2 min nəfərdir.

Həkim-anestezioloq Turanə Rəsulova deyir ki, əslində son illər Azərbaycanda gənc həkimlərin səhiyyə sisteminə gəlişində müəyyən dinamika hiss olunur. Amma proses xüsusilə regionlarda zəif gedir:

“Gənclərin mühüm hissəsi ölkədən getməyə üstünlük verir. Artıq universitetin ilk illərindən etibarən tələbələr özlərini Almaniya, Türkiyə və ABŞ kimi ölkələrdə ixtisas təhsili almağa hazırlayırlar. Bu, gələcək üçün təhlükəli tendensiyadır”.

Həkimin sözlərinə görə, Azərbaycanda rezidentura sisteminin tətbiqi çox vacib addım idi. Amma bu sistemin nə dərəcədə səmərəli işlədiyi hələ də sual altındadır: “Rezident həkim-assistentlər 400-500 manat civarında aylıq məvacib alırlar. 24 yaşında, həyatını yeni quran bir gənc üçün bu maaş nə dərəcədə yetərlidir? O, artıq ailə qurmalı, övlad sahibi olmalı, sosial həyatını davam etdirməlidir. Ona görə də gənc həkimlər ən azından qonşu Türkiyəyə, Almaniyaya və ya Avropaya getməyin daha məqsədəuyğun olduğunu düşünürlər”.

Turanə Rəsulova əlavə edir ki, dövlət xəstəxanalarında həkimin bir müayinə üçün hesabına yatırılan məbləğ cəmi 1 manat 95 qəpikdir: “İcbari Tibbi Sığorta bu qədər vəsait ayırır. Xəstəyə verilən çekdə isə həmin xidmət 25-26 manat kimi göstərilir. Bu, sistemdəki böyük uyğunsuzluq və ədalətsiz bölgü deməkdir”.

Həmsöhbətimizin qənaətincə, həkimlərin sosial statusu və cəmiyyətdəki nüfuzu da getdikcə zəifləyir:

“Həkim olmaq uzun illərin zəhmətidir. Bu peşə sahibləri cəmiyyətin ən ali təbəqəsi sayılmalıdır. Əks halda, yanlış münasibət formalaşır. Türkiyədə həkimlərə qarşı zorakılıq halları artıb. Əgər bu reallıqlardan nəticə çıxarmasaq, eyni aqibət bizi də gözləyə bilər”.

Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) sədr müavini Hüseyn Hüseynzadə bildirir ki, gənc həkimlərin əsas problemi təcrübə ilə bağlıdır:

“Rezidentura və aspiranturaya qəbul ola bilməyən tələbələrin praktik bacarığı aşağı olur. Çünki xəstə üzərində yetərincə işləyə bilmirlər. Dövlət klinikaları bütün məzunları işə qəbul edə bilmir, özəl klinikalar isə yalnız təcrübəli həkimləri işə götürürlər. Bu səbəbdən uyğun iş və ya təcrübə tapa bilməyən tələbələr yaxın ölkələrə, məsələn, Türkiyəyə üz tuturlar. Türkiyədə həkimlər 3-5 il ərzində 100-150 xəstə üzərində praktiki təcrübə qazanırlar ki, bu da Azərbaycanda mümkün deyil. Eyni zamanda Almaniya da həm təhsil, həm də gələcək həyat üçün əlverişli seçim sayılır”.

Sədr müavini hesab edir ki, xaricdə stabil iş və gəliri olan birinin Azərbaycana qayıtması üçün mütləq ciddi maddi stimul olmalıdır. O, bununla bağlı təşviqedici layihələrin həyata keçirilməsini vacib sayır.

Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Birliyinin rəhbəri İlqar Hüseynli isə bildirir ki, hazırda bütün rayonlarda həkim çatışmazlığı var:

“Məsələn, Gədəbəy Mərkəzi Xəstəxanası vaxtilə tam gücü ilə işləyirdi, indi isə həkim tapılmır. Şirvandan Gəncəyə qədər normal cərrah-travmatoloq tapmaq müşkülə çevrilib. Çünki həkimlər sürətlə ölkəni tərk edirlər. Düzdür, onlarla bağlı konkret statistika yoxdur. Amma müşahidələr göstərir ki, gedənlərin sayı ildən-ilə sürətlənir. Hətta nəinki gənc, bizim yaş qrupundan olan həkimlər də ölkədən gedirlər. Azərbaycandan son 5-7 ildə təkcə Almaniyaya 2 000-2 500 həkim köç edib. Bu il ABŞ-də USMLE (United States Medical Lisensing Examination – Birləşmiş Ştatların Tibb üzrə Lisenziyalaşdırma İmtahanları) prosesindən uğurla keçən 10 azərbaycanlı gənc həkim də bu ölkədə çalışmaq imkanı qazanıb”.

Ekspertin sözlərinə görə, həkimlərin xaricə getməsinin əsas səbəbi aşağı maaş və qeyri-sabit iş şəraitidir:

“Qonşu Türkiyədə rezident 5-7 min manat dəyərində maaş aldığı halda, Azərbaycanda eyni kateqoriyalı həkim 400 manat alır. Bu fərq, təbii ki, seçimdə həlledici rol oynayır”.

İlqar Hüseynli hesab edir ki, sistemin digər problemi təcrübəli, lakin yaşlı həkimlərin işdən uzaqlaşdırılmasıdır:

“65 yaşa çatan həkimlərin avtomatik işdən çıxarılması doğru deyil. İnkişaf etmiş ölkələrdə məşhur həkimlər 70-75 yaşında həm müalicə, həm də tədrislə məşğul olurlar. Biz isə təcrübəni itiririk. Əslində yaşlı həkimlər gənclər üçün mentor və tədrisçi rolunda saxlanılmalı, onların bilik və təcrübəsi yeni nəslə ötürülməlidir. Bu, həm sistemin keyfiyyətinə, həm də tədris prosesinə ciddi təsir göstərə bilər”.

Almaniyanın Frankfurt Oder xəstəxanasının Qulaq, burun, boğaz xəstəlikləri, üz plastik və rekonstruktiv klinikasının baş həkimi Cavid Hüseynzadə deyir ki, gənclərin xaricə üz tutmasının əsas səbəbi Azərbaycanda diplomdan sonrakı təhsilin zəif təşkil olunmasıdır. “Rezidentura mərhələsində oxuyan həkimlər çox aşağı maaş alır, bunun üçün lazımi baza və imkanlar yoxdur. Məsələn, Almaniyada rezidenturada təhsil alan həkim birinci ildən 3 500-4 000 avro civarında maaş qazanır. Bu gəlir təkcə gündəlik xərcləri deyil, həm də təhsilə sərmayə qoymaq imkanlarını yaradır”, – o vurğulayır.

Mütəxəssisin sözlərinə görə, Almaniyada həkimlərin peşəkar inkişafı üçün geniş şərait mövcuddur:

“Rezidenturada oxuyan hər bir həkimə beynəlxalq tibbi ədəbiyyata pulsuz giriş imkanı verilir. Əgər ölkədaxili kurslara qatılırsa, həmin kursların xərclərinin bir hissəsi xəstəxana tərəfindən qarşılanır. Yəni sistem həkimin həm maddi, həm də elmi inkişafını dəstəkləyir. Bu da təbii olaraq həkimlərin Almaniyaya axınının artmasına səbəb olur”.

Cavid Hüseynzadənin fikrincə, bütün bu reallıqlara baxmayaraq, Azərbaycan səhiyyəsi hazırda özünün ən parlaq dövrünü yaşayır:

“İllər öncə Avropadan ölkəmizə yenilik gətirənlər əsasən xarici həkimlər idi. Amma bu gün fərqli mənzərə formalaşıb, artıq xaricdə təhsil almış, orada təcrübə toplamış, lakin doğma dilimizdə danışan həmkarlarımız Azərbaycana qayıdaraq ən yüksək səviyyədə xidmət göstərirlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:279
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Oktyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see418

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see338

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see272

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see268

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see266

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see259

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see252

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see250

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see246

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see243

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see242

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see235

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see229

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see229

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see217

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see212

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see209

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see208

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see199

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri