Rezidenturaya qəbul olanların NƏZƏRİNƏ Sabah son gündür
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rezidenturada boş qalan plan yerlərinə ixtisas seçimi sabah başa çatır.
Bizim.Media Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, artıq 7 nəfər (Azərbaycan bölməsi üzrə) ixtisas seçimi edib.
Qeyd edək ki, boş qalan yerlərə seçim 8 sentyabr saat 10:30-dan başlayıb və 10 sentyabr saat 23:59-dək davam edəcək.
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 950 yerdən ibarət olub. Onlardan 82 yer ATU-nun Hərbi tibb fakültəsinin məzunları üçün və 40 yer İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunları üçün nəzərdə tutulub.
Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 19 nəfər müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).
Fəridə, Bizim.Media
Baxış sayı:164
Bu xəbər 09 Sentyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















