Icma.az
close
up
RU
Rəzillikdir, başqa heç nə...

Rəzillikdir, başqa heç nə...

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Mədəniyyət bir xalqı, cəmiyyəti var edən, davamlı və köklü edən əsas xüsusiyyətdir. Əgər yüz illərlə tarixi varsa bir millətin, bunu mütləq ki mədəniyyətlərinə borcludurlar. Çünki qol gücünə, qılınc gücünə əldə edilən hər cür hakimiyyət, hər növ mədəniyyət gəldi-gedərdir, amma mədəniyyətin təsiri ilə yaranan cəmiyyətlərin süqutu da asan olmur. Mədəniyyət gen məsələsidir, qan məsələsidir.

Cəmiyyətin mədəniyyətinin əsasında ailə dəyərləri varsa, ailəyə, birliyə hörmət varsa, ümumilli dəyərlərə ehtiram var deməli. Amma bu dəyərləri qoruyanların sayı məhvinə çalışanların çoxluğu arasında itib-batır. Onlar geridəqalmışlıq kimi qələmə verib çox dəyəri sildilər həyatımızdan. Qırmızı xətti tapdayıblar, məhrəmiyyətə diqqəti, ailəyə toxunulmazlığı da hədəfə alıblar.

İş o yerə çatıb ki mədəni dəyərlərə ən çox zərəri də mədəniyyət adamları verir. Hər gün bir mədəniyyət adamının ali sayılan dəyərləri ələ saldığının şahidi oluruq. Elə ötən gün də bu çoxsaylı hallardan biri oldu, 30-40 saniyəlik bir görüntü sosial şəbəkələrin trendinə çevrildi, 2-3 saat ərzində milyonlarla dəfə baxıldı.

Baxmayan qalmayıb yəqin ki, söhbət “Bu Şəhərdə”nin kosertinin açılış anındakı düzməcədən gedir. Əvvəl hamı manipulyasiya edildi, bu planlanmış hal idi, videonu yarımçıq paylaşmaq bir növ konsertin reklamı idi. Anlaşılandır, danışmağa, göstərməyə sənəti qalmayanlar üçün bu cür reklamlara ehtiyac var, bir yolla özlərini yada salırlar.

Bu adamlara kim ixtiyar verib ailəni bu cür ucuzluğa, rəzilliyə alət eləsinlər? Konsertə rəfiqəsi ilə gələn qadın həyat yoldaşının başqası ilə gəldiyni görüb isterik vəziyyət yaşayır, qarşı tərəfə əl-qol atır, onu süni şəkidə tutub saxlayırlar, amma bir yolunu tapıb ikinci qadının saçını yola bilir. Qısası, çeynənmiş, rəzil bir ssenari. “Mən evdə sənin uşaqlarına baxıram, sən konsertə bununla gəlirsən” cümləsi bu rəzilliyin ölçüsüzlüyünü göstərdi.

Ailənin, uşaqların, məhrəmiyyətin, ər-arvad münasibətlərinin süqutunu səhnələşdirdilər, bəzilərimiz rişxəndlə, bəzilərimiz zövqlə, bəzilərimiz də matı-qutu qurumuş halda baxdıq. Məncə bizim artıq immunitetimiz yaranıb belə görüntyülərə, sosial şəbəkələrdəki videolarda rəzil adamlar, xar adamlar hər gün göstərirlər onsuz da bizə. Çox görürük deyə tamarzı deyil yəni. Mənəviyyatın çöküşünün görürük hər gün, məhrəmiyyətin istilasını görürük, ailəiçi məsələlərin rəzil nümayişini görürük. Birtəhər udurduq, hülqumda ilişib qalırdı. Nə deyə bilərik ki? Demokratiya belə bir şeydir, söz azadlıqları var. O söz cəmiyyətin əxlaqını pozsa belə.

Amma mədəniyyət adamlarının, aktyorların öz konserində belə bir rəzilliyi nümayiş etdirməsini udmaq olmur, sinirmək olmur. Bunun adı əxlaqsızlıqdır, ailə dəyərlərinin yerə atılması, üstündə atılıb-düşülməsidir. Bundan o yana nə dayanıb? Ailəni döşəmə əskisi edənlərin növbəti hədəfi nədir? Gələn dəfə də qadın öz sevgilisini gətirəcək konsertə?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Fevral 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri