Icma.az
close
up
RU
“Rezonans doğurmuşdu, faciəni tez tez dilə gətirirdilər...”

“Rezonans doğurmuşdu, faciəni tez tez dilə gətirirdilər...”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Məlum olduğu kimi, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu matçında Fransaya 1:3 hesabı ilə məğlub olub.

“Qafqazinfo” xəbər verir ki, Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Azarkeşlərə təşəkkür edirəm. Bu gün ab-hava möhtəşəm idi. Çoxdandır ki, milli komandanın oyununda belə atmosfer olmurdu. Hesaba baxmayaraq, sona qədər futbolçularımızı dəstəklədilər. O dəstək futbolçulara ruh verdi. İstəyirdik ki, evdə inamlı oynayaq, istəkli olaq. İslandiya oyununda bu alınmadı. Bəlkə də qələbə qazanmağı çox istəyirdik. Bu gün isə daha rahat idik, ilk qolu vurduq. Fransaya qol vurmağın özü də çətindir. Rəqib bundan sonra daha da üstümüzə gəldi. Mübarizə gedirdi. Şahruddin Məhəmmədəliyevin zədəsi təsir etdi. Üçüncü qol zamanı istəyirdi sona qədər dayansın. Üçüncü qolda kömək edə bilmədi. Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm. Nəticə istəyiriksə, səbr etməliyik. Vaxt önəmlidir. Yavaş-yavaş irəliləyiş var. İtkilərimiz çox idi. Əsas heyətin 5-6 futbolçusu oynamadı. Yeni oyunçular da qazandıq. Bu gün buna ehtiyacımız var. Tsikl bitdi. İrəliyə baxacağıq”.

- Mustafa Əhmədzadəni meydana buraxmaq nə ilə əlaqədar idi?

 - Mustafanın əvəzinə təcrübəli futbolçular var idi, buraxmaq olardı. İnanın ki, İslandiya matçında onu əsas heyətdə fikirləşirdik. Emin Mahmudov olmasaydı, meydana o çıxacaqdı. Gənc futbolçuları milliyə dəvət edəndə, göstəriş üçün etmirik, inanırıq. Mustafanın böyük potensialı var.

-Xəyal Əliyev son iki matçda start heyətində oynadı. Onun performansından razı qalmısız?

- Xəyal haqq edir. İki matçda da yaxşı performans göstərdi. Futbolda detallar var ki, ona oyun lazımdır. Bunun üzərində işləyirik. Xəyal millinin əsas üzvlərindən birinə çevrildi.

- Azərbaycan millisi bu tsikldə nələrə nail oldu?

- Bilirdik ki, çətin qrupdayıq. Püşkatmadan sonra Fransanın qrupumuzda olması rezonans doğurmuşdu. Faciəni tez-tez dilə gətirirdilər. Bəzən deyirdilər ki, oyuna getməsək, yaxşıdır. Görünürdü ki, inam azdır. Bu oyunlar gələcək üçün inam verdi. Hər şeyə qarşı mübarizə aparmaq olar. Futbol çox sürətlə inkişaf edir. İstəkli olmasan, taktiki düz oynamasan, təsir edir. 4 oyunda taktiki baxımından oyunçularda irəliləyiş var. Oyunçularımıza inam da gəldi.

- Hesabda 1:3 geridə olanda Abbas Hüseynov cinah yarımmüdafiəçisi kimi oynadı. Orada Rüfət Abdullazadəni də orada düşünmək olardı. Abbası təcrübəsinə görə meydana buraxdız?

- Oyundan öncə fikirlərimiz var idi. Şahruddini dəyişmək fikrimiz yox idi. Xəyal Əliyev, Qismət Alıyev, Renat Dadaşov da yorulmuşdu. Səbr edirdik. Renat oyundan çox düşmüşdü. Qismət Alıyevə kömək üçün ora Abbası buraxdıq. İkinci hissənin son dəqiqələrində sağ cinahda aut qazandıq, pressinq etdik. Taktiki gediş idi. Abbasın sağ yarımmüfiəçi kimi oynamasında problem yox idi. Oyunun axarı onu istədi.

- Futbolçu nəsli demək olar ki, yetişmir. AFFA ilə müqaviləni necə imzaladığınız açıqlanmayıb. Millidə qalsanız, hansı müddətdə hansı plan düşünəcəksiz? Millini D divizionundan C divizionuna yüksəltmək, yoxsa ən aşağı bazada nəyəsə nail olmaq?

- Biz ilk olaraq, D liqasından qalxmalıyıq. Oradakı rəqiblər imkan verir ki, başabaş mübarizə aparaq. Problemlər çoxdur. Biz istəyirik ki, futbolçular tam formada olsunlar. Millinin ən az seçimi olan vaxtı idi. Geniş seçim deyildi. Oyundan qabaq desəydim, başqa cür başa düşülərdi. Sağ cinahda çox fikirləşdik ki, nə edək? Abbas formada olsa, milliyə çox kömək edər. Tək Qismətdir. Hücum xəttində oynayanlarımızın klublarında daimi oynaması vacibdir. Futbolçular klubda daim oynasalar, millidə çətinlik çəkməyəcəklər. Fikrimiz var, danışırıq. Bəzi detallar var, gələcəkdə tam aydın olacaq. Klubların da üzərinə iş düşür. Futbolun inkişafından danışırıqsa, belədir. Uzun söhbətdir. Qısa vaxtda demək lazımdırsa, əl-lə verməliyik. Futbolun inkişafı tək AFFA-dan asılı deyil. Gənclər klubda yetişir. Bunu da bilirik. Təəssüf ki, addımı yavaş atırıq.

- Tsikl başa çatdı. Komandaya çox çətin vəziyyətdə gəlmişdiz. Bundan sonra taleyiniz necə olacaq, AFFA rəhbərliyi milliyə verdiyiniz töhvələri nəzərə alacaq? Sizi Millətlər Liqasında millinin başında görəcəyik?

-İnşallah. Səbr edək. Ağır durumdaydıq. Ukrayna oyunu öncəsi 1 gün vaxtımız var idi ki, oyunçuları hazırlayaq. Qısa vaxtda futbolçuları inandırmaq lazım idi. Qrupumuz çətin idi. Mübarizə var. Oyundan-oyuna hücumda istəyimiz var, çalışırıq. Vaxt da azdır. Nəyəsə nail olmaq istəyiriksə, vaxt olacaq. Yaxın zamanda dediyiniz suallara aydınlıq gələcək.

- Əsas problem bir sıra futbolçuların klublarında oynamamasıdır. Onlar görünür ki, pulu düşünürlər. Həmin futbolçulardan hansısa birini “Şamaxı”ya gətirmək fikriniz var?

- Gəlsələr, hamısını götürərəm. Futbolçularla söhbətimiz olub. Oynamağı çox istəyirlər. Klublarında da rəqabətdə olmalıdırlar. Bu dəqiqə ən böyük çatışmazlığımız bu idi. Milli futbolçuları ideal formada olsa, zədəli olmasalar, potensial yüksəkdir.

- Millətlər Liqasında hücum futbolu görəcəyik millidən?

- Hücum və müdafiə futbolu söhbəti birinci yerdə dayanır. Oxuyuram, baxıram, dəbdə olan söhbətdir. Xahiş edirəm futbola diqqətlə baxın. ÇL-də bəzi komandalar var ki, “Milan”, “Yuventus” harada, necə müddafiə olunur. Burada fikir dəyişməlidir. Birinci hissədə Fransanı rəqib tərəfdə sıxmaq istədik. Fransa, Ukrayna və İslandiya bu qədər hücum etməmişdi. Qələbə qazanmaq istəyirsənsə, hücuma getməlisən. Amma bunun üçün müdafiədə də etibarlı oynamalısan.

- Matçdan öncə məşqdə Sərxan Hacıyevlə söhbət edirdiz. Gələcəyinizlə bağlı söhbət idi?

- Gələcəklə bağlı ayaqüstü söhbət olmur, oturmalıyıq (gülür). AFFA rəhbərliyi ilə hər məşq, oyunqabağı söhbətlər olur, futbolçuların yanındadırlar. Onlara təşəkkür edirəm. Fransa ilə oyundan danışırdıq.

- Mətbuata qarşı həmişə yaxşı olmusuz. Sizin futbolçularınızda belə deyil. Anton Krivotsyuk, Renat Dadaşov mətbuata hörmətsizlik edirlər. Millidə vətənpərvər ruhu oyandırırıq. Bu da onun bir hissəsidir. Ricam odur ki, bu məsələni futbolçularla danışasınız...

- Birinci dəfədir eşitdim. Ola bilər. Nəzərimizdə olar, bu barədə futbolçularla danışırıq. Həmişə deyirik ki, futbolçular mətbuatdan qaçmasınlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 00:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri