Icma.az
close
up
RU
RF Su Ehtiyatları Agentliyinin rəhbəri: Sayca 29cu olsa da, bu, unikal COPdur AZƏRTAC

RF Su Ehtiyatları Agentliyinin rəhbəri: Sayca 29cu olsa da, bu, unikal COPdur AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 23 noyabr, N.Məmmədova, AZƏRTAC

Sayca 29-cu olsa da, bu, unikal COP-dur. İqlim problemlərinə dair geniş və əhatəli müzakirələr aparılır. Bir çox başqa beynəlxalq tədbirlərdə belə bir səviyyədə müşahidə etdiyimiz siyasiləşmə yoxdur. İqlim gündəmi çərçivəsində öz iqtisadi rəqabətini nümayiş etdirmək cəhdi də edilmir. Açıq dialoq, o cümlədən həssas ölkələrlə aparılır və hər kəs öz mövqeyini ifadə edə bilər. Bu, hətta Paris Sazişi imzalananda da müzakirə olunan iqlim maliyyəsi ilə bağlı konkret mexanizmlərin işlənib hazırlanması üçün dialoqdur. Uzun illər keçsə də, bugünədək ilqim sahəsində real addımlar atılmayıb və bu gün artıq uyğunlaşma baxımından və iqlim dəyişikliyinə təsirin azaldılması nöqteyi-nəzərindən texnologiyanın inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə ötürülməsi ilə bağlı dialoq gedir. Bu, Bakıdakı COP-un unikallığıdır.

Bu barədə AZƏRTAC-a Rusiya Federasiyasının Su Ehtiyatları üzrə Federal Agentliyinin rəhbəri Dmitri Kirillov bildirib.

Onun sözlərinə görə, iqlim dialoqunda su gündəliyi yenicə formalaşıb.

“Bu, su mövzularının müstəqil, ayrıca müzakirə edildiyi üçüncü konfransdır və onu göstərir ki, biz indi iqlim dəyişikliyi şəraitində ekosistemlərimizi qoruyub saxlamağın zəruriliyini anlamağa yaxınlaşırıq. Bu gün su gündəmi genişlənir. Ölkələr bu vəzifələrin bir dövlətin hüdudları daxilində həll oluna bilməyəcəyini anlayaraq su ehtiyatlarının qorunması, onlardan kompleks istifadə və rasional idarə olunması üçün birgə tədbirlərin görülməsinə ehtiyac olduğunu dərk edirlər. Rusiyaya gəlincə, dövlət sərhədimizin təxminən 40 min kilometri su hövzələrindən keçir”, -deyə agentliyin həmsöhbəti qeyd edib.

Rusiya ilə Azərbaycan arasında su ehtiyatları üzrə münasibətlərin inkişaf perspektivlərinə toxunan Kirillov transsərhəd Samur çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi haqqında mövcud hökumətlərarası Sazişi xatırladıb.

Agentliyin rəhbəri qeyd edib: Bu mövzuda dialoq demək olar ki, hər həftə keçirilir, çünki bu, su ehtiyatlarının bölünməsi, su qurğularının fəaliyyətinin təmin edilməsi ilə bağlıdır. Məsələn, bu gün toplaşdığımız Bakı şəhəri Samur suyu ilə 90 faiz təmin olunub. Əgər Rusiya ilə Azərbaycan arasında konstruktiv dialoq qurulmasa, o zaman Bakıya su təchizatı məsələsi havada qalacaq və problemin həlli üçün başqa alternativ yollar olmayacaq. Məhz bu səbəbdən biz azərbaycanlı həmkarlarımızla sıx əlaqə saxlayırıq. Bu, çayın su ehtiyatlarının 95 faizinin Rusiyada formalaşması şərti ilə ölkələr arasında strateji əməkdaşlığın nümunəsidir. Eyni zamanda, konstruktiv dialoqun elementidir və biz onu bu gün burada başqa ölkələrə təşviq edirik. Çaylar ayırmamalıdır - çaylar birləşdirməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri