Riad Axundzadə COP29 çərçivəsində keçirilən tədbirdə iştirak etdi FOTOLAR
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm şöbəsinin müdiri Riad Axundzadə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İslam İnkişaf Bankının təşkil etdiyi “İİB üzv ölkələrində iqlimə dayanıqlı su investisiyaları üçün maliyyələşdirmə imkanları” mövzusunda keçirilən tədbirdə iştirak edib.
Demokrat.az xəbər verir ki, bu haqda ADSEA məlumat yayıb.
Bildirilib ki, çıxışı zamanı Riad Axundzadə tədbir iştirakçılarına su ehtiyatlarının davamlı idarə olunması məqsədilə müasir və dayanıqlı texnologiyaları özündə birləşdirən infrastruktur layihələrinin əhəmiyyəti barədə məlumat verib.
O, həmçinin uzunmüddətli su təhlükəsizliyinin təmin edilməsi üçün innovativ maliyyələşdirmə modellərinin və sektorlararası tərəfdaşlıqların rolunu vurğulayıb.

Baxış sayı:70
Bu xəbər 21 Noyabr 2024 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















