Icma.az
close
up
RU
“RİCON” MMC bizi Qarabağda işlədib pulumuzu vermir” Rəsmi açıqlama

“RİCON” MMC bizi Qarabağda işlədib pulumuzu vermir” Rəsmi açıqlama

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“RİCON” MMC bizi Qarabağda aylardır işlədib pulumuzu vermir”.

Bu şikayətlə “Qafqazinfo”ya həmin şirkətdə çalışmış Vüsal Nəcəfov müraciət edib. 

Onun iddiasına görə, təxminən 200-ə yaxın işçi bir ildir maaşlarının veriləcəyi günü gözləyir: “2023-cü ildən “RİCON” MMC-də Füzuli rayonunun abadlaşdırılmasında iştirak etmişik. 2024-cü ilin iyun ayında Cəbrayıl layihəsində çalışmışıq. Həmin ilin noyabr ayınadək maaşımızı bir az tez-bir az gec aldıq. 2025-ci ilin fevralınadək bizim 3 aylıq əməkhaqqımız ödənilməyib. 

Dəfələrlə problemlə bağlı müraciət etmişik, amma pulumuzu ödəmirlər. Sonuncu dəfə rəhbərliklə sentyabr ayında görüşmüşük. Bizə vəd verildi ki, texnikalar var, onları satıb ödəniş edəcəklər. Amma hələ də bir xəbər yoxdur, telefon nömrələrinə də zəng çatmır”.

Şikayətçi bildirib ki, müqavilə əsasında işləyiblər və bütün qaimələr də vurulduğu halda, şirkət ödənişi etmək istəmir. O, həmçinin qeyd edib ki, haqqı tapdalanan bəzi işçilər hüquq-mühafizə orqanlarına və Əmək Müfəttişliyinə də müraciət ediblər.  

Problemlə bağlı “RİCON” şirkətinin rəhbər şəxsləri ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, “RİCON” MMC-də əmək hüquqlarının pozulması (son haqq-hesabın ödənilməməsi) ilə bağlı bir neçə işçi tərəfindən daxil olan müraciətlər Xidmətin Bakı Şəhər İdarəsində araşdırılıb: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna əsasən müəssisədə yerində araşdırma aparmaq mümkün olmayıb. “RİCON” MMC və müraciət edən şəxslər tərəfindən tələb olunan sənədlər təqdim edildiyi halda, araşdırma davam etdiriləcək və nəticələr barədə əlavə məlumat veriləcək.

Bununla yanaşı, vətəndaşların müraciətlərinin araşdırılması zamanı müəyyən nöqsanlar aşkar edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati icraat aparılıb, nəticəsi barədə müraciət müəlliflərinə məlumat veriləcək. Eyni zamanda, Xidmətə “RİCON” MMC-nin işçilərindən kollektiv müraciət də daxil olub və hazırda həmin müraciət üzrə araşdırma aparılır”.

Məlumat üçün bildirək ki, son 2 ilə nəzər salsaq, “RİCON” MMC-nin dəfələrlə milyon manatlıq tenderlərin qalibi olduğunu görə bilərik.

Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri