Icma.az
close
up
RU
Rikardo Fernandes: Düzdür, başqa klublardan təkliflər oldu

Rikardo Fernandes: Düzdür, başqa klublardan təkliflər oldu

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

“Şamaxı”nın qapıçısı Rikardo Fernandes apasport.az saytına müsahibə verib.

- “Şamaxı” son turda “Turan Tovuz”la heç-heçə etdi. Həmin matç sizin üçün necə keçdi? Arzuladığınız hesab elə heç-heçə idi, yoxsa qalib gəlmək istəyirdiniz?
- Çətin oyun olacağını öncədən bilirdik. Son matçda qırmızı vərəqə aldığına görə hücumçumuz (red. - Mayk Tuik) da bu görüşdə oynamırdı. Buna görə komandanı fərqli oyun tərzinə uyğunlaşdırdıq. Təbii ki, bütün oyunlara qələbə məqsədi ilə çıxırıq.

- Rəqib standart vəziyyətlərdə daha güclüdür. Onlar elə qolu da standart vəziyyətdən vurdular. “Turan Tovuz”un bu hücumlarının qarşısını almaq çox çətindir? Demək olar ki, onlar Premyer Liqanın bu göstəricidə ən təhlükəli komandasıdır? 
- Bəli, “Turan Tovuz” oyunun bu nöqtəsində güclü komandadır. Biz də bunu bilirdik. Onlar bu vəziyyətlərdən yaxşı istifadə edərək qol vura bilirlər. Belə də, oldu. Amma bundan da vacibi qol buraxandan dərhal sonra verdiyimiz reaksiya idi. 

- Bu matçda əla çıxış etdin, əla seyvlərlə yadda qaldın. Matçın sizin üçün yaxşı keçdiyini deyə bilərik?
- Mən sadəcə komandaya kömək etmək üçün işimi görmüşəm. Bu, ən vacib şeydir.

- “Şamaxı”nı artıq 6-cı pillədən cəmi bir xal ayırır. Yəqin ki, siz bu mövqedən razısınız. Amma mövsümün əvvəlində “Şamaxı”nın Premyer Liqada qala bilməyəcəyini proqnozlaşdıranlar var idi. Hətta 5-ci yerə yüksələ bilərdiniz. Bu, əla nəticə olardı?
- Təbii ki, kağız üzərində daha az şərtləri olan, ən aşağı büdcəli və aşağı diviziondan gələn komanda idik. Amma klub ətrafındakı peşəkarlıq, insanların komandaya olan bağlılığı müsbət nəticələrə gətirib çıxardı. Hamımız bir olduq və indi də belə nəticə var. Təbii ki, qalan görüşlərə də qələbə üçün çıxacağıq. Ümidvaram ki, hər şey uğurlu alınacaq.

- Növbəti turdakı rəqibiniz “Səbail”dir. Demək olar ki, onlar aşağı liqaya düşmək ərəfəsindədirlər. “Səbail”ə qalib gəlmək mümkün olacaq?
- Digər rəqiblərə qarşı necə hazırlaşırıqsa, bu oyuna da elə hazırlaşırıq. Təbii ki, əsas məqsəd qalibiyyətdir. Bizim hələ də nail olmaq istədiyimiz daxili məqsədlərimiz var.

- Bu mövsüm çox yaxşı çıxış etdiniz və Azərbaycanın bir çox klubu səninlə maraqlanırdı. Amma “Şamaxı”da qalmağı seçdin. Başqa kluba gedə bilərdin?
- Düzdür, başqa klublarla bağlı təkliflər, söz-söhbətlər oldu. Amma “Şamaxı”da xoşbəxtəm və klubdakı şəxslər mənim burda qalmağımı nə qədər arzuladıqlarını göstərdilər. Onların məni bu qədər istədiyini, arzuladığını hiss etdiyim üçün danışmağa çox da ehtiyac qalmadı. Ona görə də “Şamaxı”da qalmağa üstünlük verdim.

"Sabah"ın legionerinə ağır cəza - 4 oyunluq diskvalifikasiya MOİK-in məşqçisinə iki oyunluq cəza AFFA klubları cərimələdi Tura 4 matçla yekun vurulacaq AFFA-da koordinator və klub nümayəndələri ilə görüş
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://apasport.az
archiveBu xəbər 30 Aprel 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri