Icma.az
close
up
RU
Rilaya Azərbaycan dilində danışa bilməməsini tənqid edənlərə cavab verdi

Rilaya Azərbaycan dilində danışa bilməməsini tənqid edənlərə cavab verdi

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Özümlə fəxr edirəm. Doğru yoldayam, Türkiyədə sənətçilərə verilən ən prestijli mükafatda vətənimi layiqincə təmsil etdim və düzünü desəm, məni tanımayanlar tərəfindən alqışlandım. Gözəl ölkədə, onun dönüş nöqtəsində, Azərbaycan SSRİ-nin mövcudluğunu dayandırdığı və müstəqil Azərbaycanın yenidən doğulduğu bir vaxtda anadan olmuşam. Mən o dövrün əksər şəhər sakinləri kimi rusdilli ailədə doğulmuşam".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Rilaya Hüseynzadə sosial şəbəkə hesabında yazıb. Sənətçi bir neçə gün əvvəl Türkiyədə "Altın kelebek" mükafatlandırma gecəsində Azərbaycan dilində danışa bilməməsinin tənqid edilməsnə münasibət bildirib. Rilaya qeyd edib ki, rusdilli məktəbdə təhsil alıb:

"Baxmayaraq ki, Azərbaycan mənim sevdiyim və hörmət etdiyim ana dilimdir, rusca danışıram. Onu mükəmməl mənimsəmək üçün öyrənirəm, amma təəssüf ki, rus dilində danışmağa davam edirəm və buna uyğun olaraq çox həyəcanlı olduğum vaxtlarda səhvlərə yol verib, rusdillilərə xas ləhcə ilə danışa bilirəm. Bu, heç bir halda mənim vətənimə, sevimli Azərbaycana olan sevgimi, münasibətimi əks etdirmir. Mən anasının ana dilində ləhcə ilə danışıb-danışmamasından asılı olmayaraq, yeri gələndə şərəfini qoruyacaq qürurlu, müstəqil bir ölkənin oğulları yetişdirən qadınam.

Arzu etdiyim hər şeyi bəxş edən, mənə istedad və vətənimin adını ucaltmaq imkanı verən Allaha bir mahnı, sevgi və minnətdarlıq qəsidəsi oxudum. Mən bunu səsimlə deyil, ürəyimlə, ailəm, anam, övladlarım, həyat yoldaşım və mənim üçün sonsuz imkanlar üfüqü açan ölkəmi düşünərək ifa etdim.

Xeyr, çıxışımdan utanmıram, əla idi. Fəxr edirəm ki, qardaş Türkiyədə ən parlaq, ən populyar şouda Azərbaycanın adından çıxıb, ürəkdən, öz sözlərimlə, ana dilimdə danışdım. Bu gün haqqımda bir müsbət və ya mənfi mənada danışan, yazan hər kəsə minnətdaram. Hər kəsin ürəyinə toxuna bildim.

Nailiyyətlərimlə fəxr edirəm, bacardığım işlərlə fəxr edirəm. Fəxr edirəm ki, bu gün postsovet məkanında demokratiya və müstəqillik nümunəsinə çevrilmiş müstəqil Azərbaycanın vətəndaşıyam, ölkəmdə hər bir insan özünü azad hiss edir.

Bu günlərdə mənim haqqımda yazan, danışan, tənqid edən hər kəsə təşəkkür edirəm. Siz məni daha da gücləndirirsiniz və fəth edilməmiş zirvələrə doğru irəliləməyə kömək edirsiniz. Qoy, mənim ən böyük nöqsanım nitq xətaları olsun, amma ürəyimdəki vətən sevgisini heç kim heç vaxt sarsıda bilməz".

Qeyd edək ki, Rilayanın Azərbaycan dilində danışa bilməməsi günlərdir müzakirə olunur. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://axsam.az
archiveBu xəbər 12 Dekabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri