Rimas Kurtinaytis Sabah ın yeni baş məşqçisinin təyinatını dəyərləndirib
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Sabah” basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis klubun futbol kollektivinin "sükanı arxasına" keçən həmyerlisi Valdas Dambrauskasın təyinatını dəyərləndirib.
İdman.biz xəbər verir ki, mütəxəssis bu barədə “Report”a danışıb.
O, “Sabah”ın yeni baş məşqçisi haqqında müsbət fikirlər səsləndirib: "Valdas Dambrauskası tanıyıram. Yaxşı məşqçidir. Beynəlxalq təcrübəyə malikdir. Ona və futbol komandamıza uğurlar arzulayıram. Mən həmişə "Sabah"ın oyunlarını izləməyə gedirəm. Düşünürəm ki, o da bizim oyunlarımızda dəstək verməyə gələcək”.
Qeyd edək ki, rusiyalı mütəxəssis Vasili Berezutski ilə yolları ayıran “Sabah” bir neçə gün öncə litvalı V.Dambrauskasla 3 illik müqavilə imzalayıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 23 İyun 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















