Rioya gedən yol: dünya çempionatının reqlamenti və təqvimi müəyyənləşib
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avqustun 20-24-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının reqlamenti və təqvimi açıqlanıb.
İdman.biz xəbər verir ki, hər milli federasiya bu ilki qitə çempionatlarının nəticələrindən asılı olaraq, fərdi yarışlarda maksimum üç idmançı və qrup komandası ilə çıxış edə bilər.
İki və ya üç gimnastı fərdi yarışlara göndərmək üçün ölkə, qitəsindən asılı olaraq, Avropada ilk 12-də, Asiya və Amerikada ilk 4-də, Afrika və Okeaniyada isə birinci olmalıdır.
Bütün digər federasiyalar Rio-de-Janeyroda bir fərdi gimnast və bir qrupla iştirak edə bilər.
Dünya çempionatının ilk iki günündə (20-21 avqust) fərdi təsnifat mərhələsi keçiriləcək və çoxnövçülükdə 18, eləcə də müxtəlif növlərdə 8 finalçı müəyyənləşəcək.
Çempionatın üçüncü günü - avqustun 22-də ilk fərdi çoxnövçülükdə qaliblər bəlli olacaq.
Qruplar yarışın dördüncü günündə - avqustun 23-də mübarizəyə başlayacaqlar. Hər qrup iki hərəkət təqdim edəcək: biri 5 lentlə, digəri 3 top və 2 halqa ilə. Bu yarış təkcə ilk səkkizliyin qatılacağı iki final mərhələsinin təsnifatı deyil, həm də qrup çoxnövçülüyündə və komanda hesabında medal qazanmaq imkanıdır.
Yarışın son günü - avqustun 24-ü müxtəlif növlər üzrə final çıxışları üçün nəzərdə tutulub.
Çempionatda ümumilikdə doqquz dəst medal uğrunda mübarizə gedəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 07 Fevral 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















