Icma.az
close
up
RU
Riqada iqlim və enerji mövzusunda dəyirmi masa təşkil edilib AZƏRTAC

Riqada iqlim və enerji mövzusunda dəyirmi masa təşkil edilib AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycanın Latviyadakı Səfirliyinin və Latviya Universitetinin nəzdində fəaliyyət göstərən Beyin Mərkəzi - Məhsuldarlıq Tədqiqatı İnstitutunun birgə əməkdaşlığı ilə iqlim və enerji mövzusunda dəyirmi masa təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərov, Məhsuldarlıq Tədqiqatı İnstitutunun direktoru İnna Şteinbuka, Latviyanın iqlim və energetika, maliyyə nazirliklərinin yüksək vəzifəli şəxsləri, tanınmış iqtisadçılar və digərləri iştirak ediblər.

Dəyirmi masada çıxış edənlər dünyanın iqlim dəyişikliyi nəticəsində bir sıra təhdidlərlə üzləşdiyini, iqlim dəyişikliyi ilə mübarizə məqsədilə Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı mühüm qərarların qəbul edildiyini və gələcək iqlim fəaliyyəti üçün yeni imkanların yarandığını bildiriblər. Vurğulanıb ki, Azərbaycanın COP29 Sədrliyi çərçivəsində irəli sürülən qlobal təşəbbüslər xüsusi əhəmiyyətə malikdir və tədbir yüksək səviyyədə təşkil edilib.

2024-cü ildə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edildiyi, son illərdə “yaşıl” keçid üzrə bir sıra layihələrin uğurla icra edildiyi, “yaşıl enerji” sahəsində qarşıda duran vəzifələr və nəzərdə tutulan regional layihələr barədə məlumat verilib.

Tədbir iştirakçıları Azərbaycan və Latviyanın bərpaolunan enerji sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirilməsi üçün yaxşı imkanların mövcud olduğunu qeyd ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see304

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see282

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see277

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see269

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see255

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see251

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see244

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see243

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see237

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see236

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see236

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see221

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see219

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see215

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see210

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see210

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see204

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see201

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri