Icma.az
close
up
RU
Menu

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

“Risk etmək istəmədim, etiraf edirəm” Şəhriyar Məmmədyarovun MÜSAHİBƏSİ

“Risk etmək istəmədim, etiraf edirəm” Şəhriyar Məmmədyarovun MÜSAHİBƏSİ

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Əvvəlki illərim olsaydı, yəni daha gənc olsaydım qara fiqurlarla qələbəyə oynayardım. Zaman keçdikcə fərqli düşünürsən. Əsas mərhələ adlamaqdı. Risk etmək istəmədim, etiraf edirəm”.

İdman.Biz xəbər verir ki, bu sözləri şahmat üzrə Azərbaycan yığmasının üzvü, rapid üzrə dünya, komandalar arasında üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.

- Ölkə çempionatından əvvəlki turnirlərdə fərqli nəticələr əldə etmisiniz. Sanki son partiyalarda istədiyiniz nəticəni qazanmaqda çətinlik çəkirsiniz?

- Son səkkiz oyunda istədiyim nəticəni əldə etmirəm. Ötən il keçirilən Dünya Kubokunda yarışı ağır məğlubiyyətlə başa vurdum. Yəni qazandığım oyunu uduzdum. Bu yarış istənilən peşəkar şahmatçıya çox vacibdi. Dünya Kubokundakı məğlubiyyətdən sonra mənim üçün çətin oldu. Rahat uduş vəziyyəti olduğu halda partiyanı məğlub başa vurdum. 2026-cı il mənim üçün uğurlu başlamadı. Bundesliqada ardıcıl 4 partiyada heç-heçə oynadım. Azərbaycan çempionatında da ilk oyunda bərabərlik qeydə alındı. Yarışlar çox olduğuna görə çətinlik aşkar hiss olunur.

- Deməli, 2026-cı ilin ilk qələbəsini Azərbaycan çempionatında qazandınız.

- Tam doğru, bu ilin ilk qələbəsini 1/16 final mərhələsinin cavab partiyasında əldə etdim. Rəqibim Murad İbrahimli çox güclü oynadı. Ümumiyyətlə azərbaycanlı yeniyetmə və gənc şahmatçılar çox yaxşı mübarizə göstərir. Təəccüblü odur ki, yaxşı oynasalar da reytinqləri çox aşağıdı.
Azərbaycan çempionatı kimi yarışlar çox gərgin keçir. Normalda tanınmış şahmatçılar belə yarışlarda iştirak etmir. Çünki reytinq itirirsən. Mən 1/16 finalda Murad İbrahimlini 1,5-0,5 hesabıyla üstələdim. Növbəti mərhələyə adlasam da, reytinq itirdim. Belə hallardan qaçmaq üçün çox şahmatçı bu yarışlarda iştirak etmir.

- Halbuki 1/16 finalın ilk görüşündə də qələbəyə oynaya bilərdiniz.

- Düzünü desəm, əvvəlki illərim olsaydı, yəni daha gənc olsaydım qara fiqurlarla qələbəyə oynayardım. Zaman keçdikcə fərqli düşünürsən. Əsas mərhələ adlamaqdı. Risk etmək istəmədim, etiraf edirəm. İlk oyunda heç-heçə, cavab görüşündə qələbə qazanmaqla 1/8 finala vəsiqə qazandım. Yarışdan əvvəl Murad İbrahimlinin oyununa baxdım. İnternetdə çoxlu sayda onlayn yarışlarda iştirakını gördüm. Birinci qarşıma çıxan İbrahimli-Karlsen partiyası oldu. 1-0 hesablı qələbə qazanıb. Növbəti oyunu Nakamurayla partiya idi, orada da qalib gəlib. Son illərdə internetdə çox oyun keçirirlər. Yəni gənc və yeniyetmə şahmatçılarımız bu gün oyun baxımından artırıblar.

İnternet üzərindən olsa belə, artıq dünyada onlayn yarışda nəticələr adi qəbul edilmir. Türkiyənin özündə də internetdə güclü rəqib üzərində qələbə böyük hadisə kimi qəbul edilir. Səmimi fikirlərimdi. Yaxınlarda bacım Zeynəb Məmmədyarovanın məktəbinə getmişdim. Orada yeniyetmələrin blits yarışını izlədim və hətta onlarla bir qədər oynadıq. Çox yaxşı mübarizə göstərdilər. Gənc şahmatçılar hər gün inkişaf edirlər.

- Bəlkə sizlər daha çox yorulursunuz?

- Təbii, keçmiş Şəhriyar Məmmədyarovu indi görmək çətindi. Sadəcə gənclərin gücləndiyinə inanmağınızı istərdim. Azərbaycan çempionatı çox nüfuzlu yarışdı. Hər bir şahmatçı ölkəsinin ən güclü olduğunu sübut etmək istəyir. Mənim üçün çox əziz yarışdı. Ona görə burada itirilən reytinqimə təəssüflənmirəm. Çalışacam mümkün qədər irəli gedim. Amma hər tur çempionatda sürpriz ola bilər. Ona görə 1/8 finala vəsiqə qazanmağıma çox sevindim.

- Şəhriyar bəy, son dəfə neçənci ildə Azərbaycan çempionu olmusunuz?

- 2001 və 2002-ci illərdə Azərbaycan çempionu olmuşam. Səhv etmirəmsə, o yarışdan sonra çempionatda oynamadım. Ardıcıl iki çempionluqdan sonra 23 il keçdi və ötən il yarışda mübarizə apardım. 2001, 2002-ci illərdə çempionat çox maraqlı idi. Həmin yarışda biz o qədər güclü deyildik. Reytinqimiz düşündüyünüz kimi yüksək olmayıb. Vüqar Həşimov, Rauf Məmmədov, Qədir Hüseynov və digərləri mübarizə aparırdı. Amma reytinqlərimiz indikindən aşağı olub.

- Ən çox çempion Rauf olub. Altı dəfə Azərbaycan çempionatda birinci yeri tutub. Maraqlıdır, bu il Rauf Məmmədovu kim dayandıracaq?

- Altıqat Azərbaycan çempionu olmaq böyük nəticədir. “Nokaut” sistemində ümumiyyətlə yarışı udmaq çox çətindir. Fikrimcə, ötən il Raufun qələbəsi karyerasında ən çətin çempionluq oldu. Rauf çox yaxşı şahmatçıdır. Niyə yeddinci dəfə də çempion olmasın? Onun ölkə şahmatı və Azərbaycan milli komandası üçün etdiklərini çox az adam eləyib. Mənim üçün Raufun millidə inanılmaz böyük əziyyəti və uğurları var. Yenə də çempion olarsa bunu normal qarşılayacağıq. Amma buna imkan verməməyə çalışacağıq (gülür). Püşkə əsasən finalda qarşılaşmaq ehtimalı var. Finala doğru uzun yol var, hər mərhələdə hər partiya həlledicidir.

- Bacıların Zeynəb və Türkan qadınlar arasında Azərbaycan çempionatında iştirak edir. Bu barədə nə düşünürsünüz?

- Zeynəb ilk oyunda qalib gələ bilərdi. Oyunu istədiyi kimi alınmadı. Əvəzində Türkan 1/16 final mərhələsində hər iki oyunda udaraq mərhələ adladı. Etiraf edək ki, hər ikisi son illər şahmata nisbətən az vaxt ayırır. Əvvəlki illərdə daha çox vaxt həsr edirdilər. İndi övladları var, uşaqlarını dəstəkləyirlər. Qadınların çempionatı da çox çətindi. İllər öncə hər ikisi çempionatda favorit sayılırdı. İndi vəziyyət dəyişib. Qadın şahmatında hər bir iştirakçının qalib gəlmək şansı olduğunu düşünürəm. Səhvlər hər oyunda həlledici ola bilər. Şansları azdı, amma Türkan irəliləyə bilər. Bacım çempion olsa şok olmaram, amma sevinərəm.

- Şahmatdan başqa hansı idman növünə baxırsınız?

- Çox gərgin təqvim üzrə yarışlarda oynayıram. Üstəlik artıq iki ilə yaxın türk şahmatçı Yağız Ərdoğmuşla məşğul oluram. Çox inkişaf edir. Onunla hazırlaşıram, bəzən yarışlara birgə yollanırıq. Digər idman növlərinə baxmağa vaxt olmur. İmkan düşdükcə futbola baxıram. Demək olar ki, baxmadığım futbol yoxdu. Ötən ay vaxt oldu və atamla birlikdə stadionda “Qarabağ”ın Çempionlar Liqasında “Ayntraxt”la matçına baxdıq. Çox əla oyun keçdi.

- “Qarabağ”ın uğurlu çıxış edəcəyinə inanırdınız?

- Atam “Qarabağ”a dəhşətli dərəcədə inanırdı. İlk dəqiqədən yaxşı olacağını deyirdi. Mən fərqli baxırdım. Almanlar həm büdcə, həm təcrübə baxımından üstün tərəf kimi görünürdü. “Qarabağ” inanılmaz mübarizə göstərdi və qələbəni daha çox istəyirdi. Hava çox soyuq idi. Buna baxmayaraq son dəqiqəyə qədər stadionda qaldıq. Çox xoşbəxtəm ki, “Qarabağ” - “Ayntraxt” matçını stadionda izləmişəm. Dəhşət hisslər idi.

- Yaxın günlərdə “Qarabağ” Bakıda “Nyukasl”ı qəbul edəcək. Şanslar barədə fikirləriniz maraqlıdır.

- Desəm ki, şans yoxdur, yalan olar. “Nyukasl” böyük favoritdir. Zəngin təcrübəli komandadır. Bu il qeyri-stabil çıxış edirlər. Amma hər zaman mübarizə göstərirlər. Çətin olacağı hamıya məlumdu. Lakin “Qarabağ” adi komanda deyil. “Benfika”ya 0-2 uduzurdu, sonda 3-2 qalib gəldi. “Ayntraxt”a 1-2 məğlub olurdu, sonda hesabı 3-2 etdi. “Çelsi” kimi komandayla heç-heçə oynadı. Yəni “Qarabağ”dan hər şey gözləmək olar. Yarış vaxtı olsa belə, çalışacam stadiona gedim

- Məşqçiliyə başlayandan sonra yarışlarda iştirak etmək daha çətin olar. Çünki şahmatçı məşqçiliyə başlayırsa, artıq inkişafdan qalır. Bu fikirlə razısınız?

- Peşəkar şahmatçı müəyyən zamana qədər özünə vaxt ayırmalıdır. 35-36 yaşına qədər, ancaq özümlə məşğul olmuşam. Pandemiya zamanı yarışlar dayandı və məşqçiliyə başladım. Gənc şahmatçılara məşqçi olmağı məsləhət görmürəm. Vaxt yarandıqca mütləq özləri şahmatla məşğul olmalıdır. Mənim işlədiyim şahmatçı böyük gələcək vəd edən şahmatçıdır. Dünyanın ən yaxşı şahmatçılarından biri olan Yağız Ərdoğmuşla işləmək çox xoşdur. Sizin fikirlə razıyam. Dünya çempionu olmaq istəyən şahmatçı məşqçilik etməli deyil. Bəzən gəncləri görürəm, məşqçilik edirlər, amma bu çox çətindir. Gəlin etiraf edək, ən gözəl vaxtlarım qarşıdadır desəm, yalan olar. Dünya çempionu olmaq şanslarım var, amma illər öncə olduğu qədər deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Fevral 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see356

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see328

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see322

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see297

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see287

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see262

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see244

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see232

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see227

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see223

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see222

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see221

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see219

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see217

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see213

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see200

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see183

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri