Icma.az
close
up
RU
Riskli təyinata sözardı İdmanXəbər

Riskli təyinata sözardı İdmanXəbər

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Səbail”in iki mövsümdü ən böyük problemi baş məşqçi idi. Şahin Diniyevin təyin olunduğu gün yanlış olduğunu qeyd etmiş və klubun yaxın zamanda səhv etdiyini anlayacağını bildirmişdik. Qərarın səhv olduğu elə ötən mövsüm də göründü. Sadəcə bir-iki tur davam edən avrokubok havası rəhbərliyin yalnışda israr etməsinə səbəb oldu. Və bu, “Səbail”ə baha başa gəldi. “Dənizçilər” bu gün oyun olaraq haqq edib, heyət olaraq layiq olmadıqları mövqeni tutublar. Bakı klubu hazırda Premyer Liqanın sonlarında elitanı tərk etmək qorxusu ilə yaşayır. Gözlənilən və bir o qədər də haqq edilmiş stressli günlər davam edir. 

Bu gün yeni səhifə açıldı. Cavid Hüseynov komandaya baş məşqçi təyin edildi. Bəs hər şey düzələcəkmi? Cavabı çətin olan suallardandadı. Cavid bəy istedadlı və Premyer Liqa təcrübəsi olan baş məşqçidi. Təcrübəsinin uğurlu və ya uğursuz olması sonrakı məsələdi. Bəli, Cavid bəyin  “Şamaxı”sı iki mövsüm öncə elitanı tərk etdi. Ancaq sırf yerlilərdən ibarət komanda ilə bundan artıq mümkün olmadığını Azərbaycan futbolunda olan hər kəs bilir. Hətta buna qarşı çıxanlar da. 

Hazırda “Səbail” turnir cədvəlində 9-cudur. Komanda yalnız oyun olaraq yox, elə psixoloji olaraq da yaxşı durumda deyil. Bütün məşqçilər, futbol adamları bilir ki, istənilən komandanı sondan yuxarı qaldırmaq çox çətindi. Bunun üçün yaxşı məşqçi olmaq bəs etmir, həm də hər tərəfli təcrübəyə sahib olmalısan. Sırf bu vəziyyətlərdə yaxşı motivasiyaya, komandanı inandırmağa və futbolçularla münasibətə qədər ən xırda detala diqqət edilməlidi. Açıq danışsaq, Hüseynovun yerli futbolçular üzərində müəyyən çəkisi var. Bu səbəbdən də heyətə təqdim edilən andan komandaya az-çox nüfuzlu birinin gəldiyini legionerlər də hiss edəcək. Bu, ilk müsbət amildi. Amma istənilən halda “Səbail” risk etdi. İndiki vəziyyətdə mövcud durumlarda uğur qazanmış təcrübəli yerli mütəxəssislərə yox, gənc çalışdırıcıya üstünlük vermək Premyer Liqadakı hədəflə  “qumaq oynamaq”dı.

Əgər “dəniçzilər” mövsümə Cavid Hüseynovla başlasaydı, komandanın uğurlu olub-olmamasında şanslar 50-50-yə idisə, indi bu rəqəmlər dəyişkəndi. Qısacası, “Səbail” üçün adrenalinli günlər bundan sonra başlayır.

Həsən Quluzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 12 Noyabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri