Icma.az
close
up
RU
Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və siyahıdan çıxarılma qaydası Şərh

Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və siyahıdan çıxarılma qaydası Şərh

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” 2020-ci il 28 iyul tarixli Qərarında dəyişiklik edilməsi barədə” Qərarını şərh edib.

Bu barədə “APA-Economics” DVX-ə istinadən xəbər verir.

Qeyd edilib ki, Nazirlər Kabineti “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” 2020-ci il 28 iyul tarixli Qərarında dəyişiklik edilməsi barədə” Qərar qəbul edib. Yeni redaksiyada təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin təsdiq edilməsi haqqında” Qərar Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun hazırlanıb və vergi ödəyicisinin risk meyarlarını, riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müəyyən edir.

Yeni qaydalara əsasən, vergi ödəyicisinin riskli hesab olunması ilə bağlı meyarların sayı azaldılıb, həmçinin vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması meyarları və qaydaları da müəyyənləşdirilib.

Beləliklə, vergi ödəyicisi bundan sonra yalnız aşağıdakı 3 halda riskli hesab olunacaq:

Təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxslər;

Qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal mallarına münasibətdə) əsasında əldə olunmayan malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş və rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxslər;

Əmtəəsiz əməliyyatlar (Vergi Məcəlləsinin 13.2.81-ci maddəsi) aparan şəxslər.

Qaydalara əsasən, riskli vergi ödəyiciləri aşağıdakı hallarda riskli ödəyicilər siyahısından çıxarılacaq:

Vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiqləyən məlumat və sənədlər, xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının müvafiq sənədləri və ya məlumatları ilə əməliyyatların riskli sayılmasına əsas yaradan halın olmadığı aşkar edildikdə (Vergi ödəyiciləri müvafiq təsdiqedici sənədləri təqdim etdiyi halda, riskli vergi ödəyicilərin siyahısından çıxarılacaq);

Aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə (Vergi ödəyiciləri əmtəəsiz əməliyyatlar apardığı hallarda riskli vergi ödəyicisi hesab olunur və müvafiq maliyyə sanksiyalarına məruz qalırlar. Yeni dəyişikliyə görə, maliyyə sanksiyası ödənildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi siyahısından çıxarılacaq).

Vergi ödəyicisi qeyd olunan şərtlərə əməl etdikdə, müvafiq ərizə ilə vergi orqanına müraciət edir. Ərizə daxil olduğu tarixdən etibarən 20 iş günü ərzində vergi orqanı tərəfindən baxılaraq vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması və ya bundan imtina olunması barədə qərar qəbul edilir. Qərar 1 iş günü müddətində vergi ödəyicisinin elektron kabinetinə göndərilir.

Maliyyə sanksiyası ödənildikdə ərizənin daxil olduğu tarixdən 3 iş günü ərzində vergi ödəyicisinin aparılmış əməliyyat üzrə riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə qərar qəbul edilir. Qərar 1 iş günü müddətində vergi ödəyicisinin elektron kabinetinə göndərilir.

Göstərilən tələblərə tam və ya qismən əməl edilməməsi aparılmış əməliyyat üzrə vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması ilə bağlı müraciətinə imtina edilməsi üçün əsasdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://apa.az
archiveBu xəbər 26 Noyabr 2024 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri