Ritter: İranın Rusiya və Çinə ehtiyacı yoxdur, təkbaşına qalib gəlir
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tehran rejimi öz planını uğurla həyata keçirir və xarici silah yardımına ehtiyac duymur.
Ölkə.az xəbər verir ki, bunu BMT-nin sabiq Silah Müfəttişi Skott Ritter İranın ABŞ, İsrail və
Körfəz dövlətlərinə qarşı müharibəsini şərh edərkən deyib.
Ritter Çin və Rusiyanın hazırda İrana silah göndərmədiyini və Tehranın onlara ehtiyacı olmadığını bildirərək əlavə edib: "Hərbi baxımdan onlar kifayət qədər yaxşı iş görürlər. Çoxcəbhəli müharibə aparırlar. Körfəz ölkələrinə, İsrailə, Amerika bazalarına və Kiprə zərbələr endirirlər. Həmçinin təyyarədaşıyan gəmilərin zərbə qruplarını hədəf alırlar".
Ritter onu da bildirib ki, İran 25 ildən çoxdur bu müharibəyə hazırlaşır və bu hazırlıq öz bəhrəsini verir.
Trampın strategiyalarının uğursuz olduğunu vurğulayan Ritter deyib ki, Tramp planını yenidən nəzərdən keçirmək mərhələsindədir: “İran isə planını yenidən nəzərdən keçirmir, sadəcə irəliləyir. Hazırda kimin üstünlüyü var, bu baxımdan, işləyən İranın planıdır. Onların Rusiyanın və ya Çinin gəlib dəstək verməsinə ehtiyacı yoxdur. Onlar ABŞ-ni, İsraili və Körfəz ərəb dövlətlərini məğlub edirlər".
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 04 Mart 2026 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















