Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub FOTOLAR
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Mayın 15-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Xankəndi şəhərinə səfər edib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Xankəndi şəhərində aparılan genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işləri ilə yaxından tanış olub.
Qonaqlara şəhərdə həyata keçirilən infrastruktur layihələri, yaşayış məhəllələrinin yenilənməsi, sosial obyektlərin bərpası və şəhərin müasir inkişaf konsepsiyası əsasında görülən işlər barədə məlumat verilib.
Nümayəndə heyəti şəhərin görməli məkanlarından biri olan Zəfər parkını da ziyarət edib. Burada qonaqlara Azərbaycanın tarixi Qələbəsinin rəmzi olan parkın əhəmiyyəti barədə məlumat verilib.
Sonra nümayəndə heyəti Qarabağ Universiteti, orda yaradılan müasir tədris infrastrukturu, auditoriyalar, kitabxana, laboratoriyalarla tanış olublar.
Universitetin rektoru Şahin Bayramov ilə keçirilən görüş zamanı qonaqlar, ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq imkanları və regionda yüksək ixtisaslı kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat alıblar.
Görüşdə Qarabağ bölgəsində həyata keçirilən bərpa və inkişaf proseslərinin təhsil sahəsinə verdiyi töhfələr xüsusi vurğulanıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 15 May 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















