Icma.az
close
up
RU
Riyaziyyat müəllimliyi ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub

Riyaziyyat müəllimliyi ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 16 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat, Fizika, Coğrafiya və Biologiya fakültələrinin iştirakı ilə 27 Mart – Azərbaycanda Elm Gününə həsr edilmiş tədbirlər çərçivəsində ustad dərsi keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, ustad dərsində Mexanika-riyaziyyat fakültəsinin Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Finlandiyanın Helsinki Universitetində riyaziyyat müəllimliyi ixtisası üzrə tədris proqramlarının müqayisəli təhlili” mövzusunda çıxış edib.

Professor Misir Mərdanov həmin universitetlərdə riyaziyyat müəllimliyi ixtisası üzrə tədris proqramlarını, ayrı-ayrı fənlərə ayrılmış saatları müqayisəli təhlil edib. Qeyd olunan universitetlərdə bu ixtisas üzrə kadr hazırlığının struktur xüsusiyyətləri, məzmunu və tətbiq olunan yanaşmaları iştirakçıların diqqətinə çatdırıb. O, üç universitetin timsalında riyaziyyat müəllimliyi ixtisasının tədrisinin oxşar və fərqli cəhətləri, qiymətləndirmə problemləri, tədris prosesində nümunə kimi götürülməli məqamlar barədə məlumat verib, “Riyaziyyatın tədrisi metodikası” fənninin fəlsəfəsi, didaktikası, tədris praktikası, etikası və digər məsələlərə aydınlıq gətirib.

Ustad dərsində ölkədə qeyd olunan ixtisas üzrə tədris planları ilə Helsinki Universitetinin tədris planı arasındakı fərqlər də nəzərə çatdırılıb, yekunda Azərbaycan universitetləri üçün real təkliflər təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Mart 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see305

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see283

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see271

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see271

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see257

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see253

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see251

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see251

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see233

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see232

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see231

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see230

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see227

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see220

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see217

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see212

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see198

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri