Icma.az
close
up
RU
Riyaziyyat və mexanikanın müasir problemləri

Riyaziyyat və mexanikanın müasir problemləri

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı XII Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

Mərasimi giriş nitqi ilə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov açaraq qonaqları salamlayaraq riyaziyyat və mexanikanın müasir elm və texnologiyadakı rolu haqqında geniş məruzə ilə çıxış edib. O bildirib ki, bu kimi beynəlxalq tədbirlər elm adamları arasında əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə və ideya mübadiləsinin təşviqi baxımından mühüm əhəmiyyətə malikdir. Misir Mərdanov çıxışında Azərbaycanda riyaziyyat elminin tarixi və bu sahənin müasir mərhələlərini də ətraflı təhlil edib.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Rasim Əliquliyev riyaziyyat fənninin tədrisi və elmi tədqiqatlarda tətbiqi ilə bağlı bir sıra vacib məsələlərə toxunub. Alim qeyd edib ki, müasir dövrdə riyaziyyat yalnız fundamental elm sahəsi kimi deyil, həm də süni intellekt, informasiya texnologiyaları, iqtisadiyyat, mühəndislik və digər sahələrdə əsas metodoloji baza kimi çıxış edir. Bu baxımdan, riyaziyyatın daha geniş auditoriyaya, xüsusilə də müxtəlif sahələr üzrə fəaliyyət göstərən mütəxəssislərə düzgün və sistemli şəkildə öyrədilməsi mühüm zərurətə çevrilib. 

Konfrans çərçivəsində Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki Maksad Kalimoldayev çıxış edərək riyaziyyat elminin müasir çağırışları və elmi innovasiyaların əhəmiyyəti barədə fikirlərini bölüşüb. 

Açılış mərasimindən sonra konfrans öz işini plenar sessiyalar və tematik seksiyalarla davam etdirib.

Qeyd edək ki, üç gün davam edəcək konfransda 10-dan artıq ölkədən tanınmış alimlərin iştirakı ilə məruzələr təqdim olunacaq, həmçinin gənc tədqiqatçılar üçün elmi seminarlar və panel müzakirələri keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri