Icma.az
close
up
RU
Riyaziyyat zəifdirsə, təhsil də yoxdur deməkdir EKSPERT

Riyaziyyat zəifdirsə, təhsil də yoxdur deməkdir EKSPERT

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Çin öyrədir, biz seyr edirik


Etibar Əliyev: “Təhsil menecerlərinin “möhtəşəm uğuru” riyaziyyatın məhvidir”



110 ölkənin iştirak etdiyi Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında (İMO) yekun nəticələr açıqlanıb. 

Ən yüksək nəticəni Çin komandası göstərib, 6 qızıl medal ilə lider olub. ABŞ və Cənubi Koreya da qızıl və gümüş medallarla yüksək yerləri tutublar.

Ölkələr arasında regionumuzdan Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Ermənistan, Gürcüstan və Azərbaycan da iştirak edib. 

Azərbaycan komandasının nəticələri çox zəif olub və medal qazana bilməyib. Komandamız yalnız bir həvəsləndirici mükafatla kifayətlənib ki, bu da nəticələrdəki geriləmənin açıq göstəricisidir. Bu nəticə gələcəkdə daha sistemli hazırlıq işlərinə ehtiyac olduğunu göstərir.

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz “Şərq”ə açıqlamasında deyib ki, olimpiada da bir yarışdır. Burada udan və uduzan olur: “İki gün öncə elə İMO ilə eyni çəkidə olan Beynəlxalq İnformatika Olimpiadasında çox böyük uğur qazanmışdıq. Lakin tendensiyaya nəzər salanda görmək olur ki, İnformatika üzrə nəticələr yüksəlməyə doğru gedir, amma Riyaziyyat üzrə nəticələr azalmağa doğru gedir. Ötən il bu mövzuda yazarkən İMO-da əvvəlki illərdən fərqli olaraq yalnız 1 bürünc medal qazanmağımızı ən uğursuz nəticə olaraq qeyd etmişdik. Bu il isə daha zəif nəticə əldə olunub.

2022-ci ildə 1 gümüş və 4 bürüc, 2023-cü ildə 1 gümüş və 2 bürünc, 2024-də 1 bürünc əldə edən, çoxsaylı həvəsləndirici mükafatlar qazanan məktəblilər, yaxud onların təmsil olunduğu komanda məntiqlə birdən-birə belə zəif nəticə göstərməli deyil. Bütün bunlar da çox düşündürücüdür.

Düşünürəm ki, ETN, Olimpiadaya hazırlıq mərkəzi məhz bunun səbəblərini araşdırmalıdır”.

O.Gündüzün sözlərinə görə, Respublika Riyaziyyat Olimpiadasının səviyyəsini və çəkisini qaldırmaq lazımdır. Respublika və Beynəlxalq olimpiadalar arasındakı məzmun fərqini xeyli daraltmaq doğru olardı: “Respublika Riyaziyyat Olimpiadasının iştirakçısı olaraq qeyd etmək istərdim ki, əvvəlki dövrlərdə hətta rayon və respublika olimpiadaları arasındakı məzmun hədsiz fərqli olurdu. 

Respublika Olimpiadasının qaliblərinin beynəlxalq olimpiadalara hazırlığı üçün peşəkar mütəxəssislər yetişdirmək lazımdır. Bunun üçün Türkiyə təcrübəsindən faydalanmaq doğru olar. Zamanında biz qardaşlarımıza bu sahədə kömək etmişik, əminəm ki, indi də onlar bizə yardım edərlər. Respublika Olimpiadalarının qalibləri üçün yay düşərgələri təşkil etmək və kənardan da mütəxəssislər cəlb etmək faydalı olardı. Biz fərqində olmalıyıq ki, mövcud qəbul sistemi istedadlı uşaqların yetişdirilməsi ilə uzlaşmır və onlara fərqli yanaşma sərgilənməlidir. İstənilən halda, hər şey məktəblinin özündən, onun hazırlığından, onun səylərinin necə olmasından asılıdır. Məntiqlə olimpiadalarda  şagirdin uğurları ilbəil artmalıdır. Yəni bürünc alan məktəbli növbəti mərhələdə ən azı bürünc və ya gümüş ala bilmirsə, demək, məktəbli ilə bağlı da problem var.   Mövcud qaydalara görə, olimpiadada bir dəfə uğur qazanan şagird artıq ali məktəb problemini həll etmiş olur. Elə mexanizm qurulmalıdır ki, bir dəfə uğur qazanan şagirddə arxayınlıq yaranmasın və öz üzərində işləsin”.  

Forum Prezindetinin sözlərinə görə, idmanda qaliblərə və onların məşqçilərinə dövlət səviyyəsində olan münasibət fənlər üzrə beynəlxalq olimpiada qaliblərinə də şamil olunmalıdır. ETN bununla bağlı səylərini gücləndirməlidir və hökumətə təkliflərini təqdim etməlidir: “ETN beynəlxalq olimpiadalara hazırlıq məsələsini xüsusi nəzarətə götürməlidir. Bura resurslar ayrılmalıdır. Metodiki vəsaitlər hazırlanmalıdır. Olimpiadaya hazırlıq mərkəzinin statusunu qaldırmalıdır, bu mərkəz problemin həllinə sistemli yanaşma sərgiləməlidir və s”.


 Təhsil eksperti Etibar Əliyev isə bu nəticəni “Təhsil menecerlərinin daha bir “möhtəşəm uğuru” kimi dəyərləndirib və riyaziyyyat geridədirsə, bütün fənlər geridədir deyib. E.Əliyev həmçinin qeyd edib ki, riyaziyyat və fizika bacarıqları uşaqlarda erkən yaşlarda büruzə verilən kimi həmin uşaqları nəzarətə götürüb yetişdirmək lazımdır. Almanlar, yəhudilər və çinlilər bunu bacarırlar. Məktəb, valideyn və müəllim bu işdə bir- birilərinə dəstək durmalıdırlar: 

“Boliviyada keçirilən Beynəlxalq İnformatika Olimpiadasında çinli uşaqlar 4 qızıl medal, Avstraliyada keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında isə çinli uşaqlar 6 qızıl medal qazandılar. Bu ölkənin təhsil sistemini təhlil etdikdə çox mətləblər agah olur. Bu ölkədə şagirdləri fənlər üzrə Olimpidalara hazırlamaq üçün xüsusi düşərgələr fəaliyyət göstərir. Çinin Orta təhsil sistemi bütün dünyaya örnək ola biləcək bir sistemdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının keçirdiyi “Şagird nəaliyyətlərinin qiymətləndirilməsi proqramı”nın son nəticələri göstərdi ki, çinli uşaqların oxu, riyaziyyat və təbiət elmlərindən qazandıqları savadın orta göstəricisi dünyada ən yüksəkdir. Çin məktəblilərinin biliyi dünyada birinci sayılır. Onlar artıq Sinqapur məktəblilərini də ötürlər. Çində məktəblərə kənar şəxslərin daxil olması qadağandır. Valideynlər yalnız yığıncaqlar və “Açıq qapı” günlərində məktəbə gələ bilərlər. Çində məktəblilərin dərs yükü yüksəkdir. Bu, Çin məktəblərinin əsas xarakterik xüsusiyyətlərindən biridir.  Çin məktəbləri özünün əsas vəzifəsini uşaqların tərbiyəsində və xoşbəxtliyin başa düşülməsində görür. Bunun üçün müxtəlif pedaqoji strategiyalar hazırlanıb. Siz istənilən Çin məktəbinə daxil olsanız, görərsiniz ki, divarlarda bir qarış boş yer yoxdur. Hər yerdə uşaqların şəkilləri və onların uğurları haqqında informasiyalar verilir. Hər məktəbin yaxınlığındakı lövhədə lider uşaqlar barədə məlumatlara rast gəlmək olur və bunlar daimi olaraq yenilənirlər. Hər tədris günü yarışa bənzəyir və günün qalibləri müəyyənləşir. Əsl xoşbəxtlik çətinlikləri dəf etməkdir. Bütün müəllimlər bir məsələni önə çəkir: hər bir uşaq unikal və istedadlıdır. Pedaqoqun vəzifəsi uşaqlardakı qabiliyyətləri, yaxud onda ən yaxşıları açmaqdır. Məsələn, uşaq riyaziyyatı bilmirsə, dil haqqında biliklərində problem varsa, onun idmanda, yaxud peşədə qabiliyyəti barədə düşünürlər. Müəllim istedadı aşkar edib, mahiyyəti başa düşdükdən sonra uşağın uğurunu sinif yoldaşlarına və məktəbə bəyan edir.

Çin məktəblərində şagirdlərin nailiyyətləri qiymətləndirilmir. Ancaq müəllim səhvləri dəftərdə mütləq qırmızı qələmlə qeyd edir. Əgər məktəbli işi səhvsiz yerinə yetirərsə, müəllim ona fərqləndirici işarəli möhür vurur. Çində uşaqlar birinci sinifdən başlayaraq 2 dəfə imtahandan keçirlər. Onların bilikləri 3 fəndən yoxlanılır: çin dili, ingilis dili, riyaziyyat. İmtahanların nəticələri 100 ballı sistemlə qiymətləndirilir. Bütün imtahanları uşaqlar öz məktəblərində verirlər və nəzarəti onlara dərs deməyən müəllimlər həyata keçirirlər. Başqa sözlə, uşaqlar 1-ci sinifdən etibarən imtahanlara-testlərə adaptasiya olunurlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Avqust 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see483

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see303

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see296

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see292

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see281

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see280

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see278

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see236

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see233

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see227

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see224

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see220

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see215

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see209

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see202

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see188

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see181

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see179

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see175

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri