Icma.az
close
up
RU
Rizvan Hüseynov: Bu cür sərgilər mədəni diplomatiyanın mühüm alətidir

Rizvan Hüseynov: Bu cür sərgilər mədəni diplomatiyanın mühüm alətidir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 7 oktyabr, Günel Alıyeva, AZƏRTAC

“Bu cür tədbirlərin keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir, çünki onlar həm kitab mədəniyyətini təbliğ edir, həm də beynəlxalq elmi və mədəni əməkdaşlığı gücləndirir”.

Bu fikirləri tarixçi alim Rizvan Hüseynov XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.

“Azərbaycan üçün məhz belə beynəlxalq tədbirlərin keçirilməsi strateji əhəmiyyət kəsb edir. İnsanların, xüsusən də uşaqların artıq kitab oxumaması ilə bağlı geniş yayılmış inancın olmasına baxmayaraq, biz əslində bunun əksini müşahidə edirik. Sərgi sayəsində hamının - uşaqların, valideynlərin, gənclərin bura gəldiyini görürük. Bu, kitaba marağın olduğunu, mütaliə mədəniyyətinin isə onun rəqəmsallaşmasına baxmayaraq, mövcud olmaqda davam etdiyini göstərir”, - deyə tarixçi qeyd edib.

O qeyd edib ki, son illərdə nəsillər bir-birini əvəz edib və müasir cəmiyyət getdikcə daha çox internet və mobil cihazlardan məlumat alır. Bununla belə, bu kimi təşəbbüslər mənalı mütaliə ənənəsini qoruyub saxlamağa kömək edir.

“Kitablar internetdə olan hər hansı səthi məlumatdan daha dərin və keyfiyyətli bilik mənbəyi olaraq qalır. Bu kimi sərgilər tədqiqata və düşünməyə marağı artırır və beləliklə, düşünən şəxs formalaşdırır”, - deyə o vurğulayıb.

Tarixçi onu da qeyd edib ki, bu formatda keçirilən tədbirlər mədəni diplomatiyanın inkişafına töhfə verir, ona yeni, intellektual xarakter bəxş edir.

“Mədəni diplomatiya dedikdə ən çox konsertlər, festivallar, musiqi layihələrini nəzərdə tuturuq. Amma məncə, elm və düşüncə adamlarını bir araya gətirən, fikir mübadiləsi mühiti yaradan forumlar daha önəmlidir. Məhz bu format Vətənimizə ən böyük fayda gətirir”, - deyə o bildirib.

Nümunə olaraq o, sərgi çərçivəsində “Azərbaycan. Qafqazda erməni məsələləri” monoqrafiyasının təqdimatını göstərib.

“Xüsusi olaraq bu tədbirdə iştirak etmək üçün xaricdən dostlarım - professorlar, tədqiqatçılar Bakıya gəlmişdilər. Bu, əsl mədəni mübadilədir: onları dəvət edərək mən Azərbaycanı kitab, elm, mədəniyyət prizmasından təqdim edirəm. Onlar bizim xalqımız, adət-ənənələrimiz, elmi düşüncə səviyyəsi ilə tanış olurlar. Bu, ölkəni dünyaya tanıtmağın ən yaxşı yoludur”, - deyə R.Hüseynov qeyd edib.

Tarixçi onu da deyib ki, o, kitab üzərində işləməyə 2010-cu illərin əvvəllərində, internetin-məkanın yenicə formalaşdığı vaxtlarda başlayıb.

“Mən müşahidə etdim ki, o dövrdə media sahəsi daha çox erməni təbliğatı ilə dolu idi, öz hekayələrini media, filmlər və elmi nəşrlər vasitəsilə fəal şəkildə təbliğ edirdi. Azərbaycan tərəfi o dövrdə təmsilçilik baxımından geridə qalırdı. Ona görə də kitabımın əsas məqsədi erməni tarixi ideologiyasının elmi tənqidi və akademik Azərbaycan baxışının formalaşmasıdır. Bu əsəri hazırlayarkən mən əsasən müsəlman və assur mənbələrinə istinad edirdim”, - deyə R.Hüseynov bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri