Robert De Niro və Mark Ruffalo Trampa qarşı: ulduzlar seçicilərə səsləndilər
Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
Kino ulduzları Prezidentə qarşı uzun müddətdir davam edən və məlum olan nifrətlərini nümayiş etdiriblər
Hollivud ulduzları Robert De Niro və Mark Ruffalo ABŞ Prezidenti Donald Trampa qarşı sərt tənqidlər səsləndiriblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, 2026-cı il ara seçkilərindən əvvəl Nyu-Yorkda səsvermə hüquqları kampaniyası tərəfindən təşkil edilən tədbirdə kino ulduzları Prezidentə qarşı uzun müddətdir davam edən və məlum olan nifrətlərini nümayiş etdiriblər.
Robert De Niro Tramp administrasiyasını səsləri boğmaq və saxtalaşdırmaq cəhdində günahlandırıb. Trampı "qorxaq" adlandıran və ədəbsiz ifadələr işlədən aktyor vətəndaşları siyasətçiyə "Səslərimizi əlimizdən alır" ifadəsi ilə sərt cavab verməyə və Nümayəndələr Palatasının və Senatın nəzarətini Demokrat Partiyasına qaytarmağa çağırıb.
Mark Ruffalo qarşıdan gələn seçkiləri "həyatımızdakı ən vacib seçkilərdən biri" adlandırıb. O, seçiciləri Trampı "axmaq ördək" etməyə və onun siyasətini dayandırmağa çağırıb. Ruffalo həmçinin milyarder İlon Maskdan bəhs edərək səsvermə məlumatlarının ötürülməsindəki kibertəhlükəsizlik zəifliklərindən narahatlığını ifadə edib və zarafatla Respublikaçılar Partiyasının hərəkətləri səbəbindən "Hulka çevrilməyə" hazır olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 06 Oktyabr 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















