Robert Fitso: Aİ Ukraynadakı münaqişəni dəstəkləməklə səhvə yol verir
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
"Avropa İttifaqı Ukraynadakı münaqişəni dəstəkləməklə böyük strateji səhvə yol verir".
Teleqraf xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso sosial media hesabında bildirib.
Aİ-nin daha çox silaha stavka etdiyini bildirən baş nazir diplomatik həllin vacibliyini qeyd edib:
"Avropa İttifaqı silahlara və rusofobiyaya arxalanmaqla böyük səhvə yol verir. Avropada sülh və təhlükəsizlik yalnız Rusiya ilə birlikdə mümkündür, Rusiyasız və ya ona qarşı yox. Aİ-nin bu müharibəni bu dərəcədə amansızcasına dəstəkləməyə davam etməsi məni kədərləndirir".
Fitso Rusiya və Çin liderləri ilə görüşdüyünə görə tənqid olunmasını riyakarlıq adlandırıb:
"ABŞ xüsusi xidmət orqanlarının və Vatikanın etdikləri çox məntiqlidir. Siyasətçilərin vəzifəsi görüşmək və razılığa gəlməkdir. Bu addımlar Rusiyanın dünya arenasındakı əsas oyunçulardan biri olduğunu göstərir. Münaqişədən isə ən çox ukraynalılar əziyyət çəkir, onlar böyük qurbandır" — deyə Baş nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 30 Avqust 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















