Icma.az
close
up
RU
Robert Köçəryanın dişində şirə qalıb İlham Əliyevin Ağdam xəbərdarlığını unutmasın!!!

Robert Köçəryanın dişində şirə qalıb İlham Əliyevin Ağdam xəbərdarlığını unutmasın!!!

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu yaxınlarda Ermənistan parlamentində “atası azərbaycanlı olan” Robert Köçəryanla bağlı vitse-spiker Akop Arşakyanın “tarixə ekskurs” etməsi keçmiş prezidenti necə qeyzləndiribsə, “dirilərək” aktiv siyasətə qayıdıb. Dədəsinin türklərin törəməsi olduğu barədə parlamentdə deyilənlərdən havalanan Köçəryanın deputat oğlu Levon da özünü saxlaya bilməyib, vitse-spikerə “it balası!” demişdi, ara qarışmışdı.

Bundan əvvəl köçəryançılar Nikol Paşinyanı türklərə casusluq etməkdə ittiham etmişdilər, indi cavablarını alırlar. Davamı olacaq. Spiker Alen Simonyan cinayətkar Köçəryanın yenidən damlanacağının anonsunu edib. İndi baş verənlər hələ “jurnaldır”, Ermənistanın 2026-sı bir başqa olacaq.

 Robert Köçəryanın dişləri zaman-zaman qana batdığı üçün növbəti dəfə hay qanı tökməkdən çəkinmir. (Hələ biz Xocalı canisinin türklərə tutduğu divanlardan danışmırıq. İddialara görə, onun türklərə nifrətinin kökündə vaxtilə anasının azərbaycanlı ilə yaxınlığı barədə təkzibolunmaz fakt dayanır, odur ki, kökümüzü kəsməyə hazırdır...)

Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanı 1997-ci ildə hakimiyyətdən devirib, qanunsuz şəkildə onun kürsüsünə sahiblənən Robert Köçəryan, üstündən iki il keçəndən sonra, 1999-cu ilin 27 oktyabrında parlamentin gülləboran edilməsi ssenarisini hazırlayanlardan idi. O vaxt Köçəryan əl-ayağına dolaşan parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri - parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, millət vəkilləri Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı güllələtdirdi. Silahlı dəstənin başçısının sabiq “Daşnaksutyun” üzvü, 1988-1990-cı illərdə tələbələr hərəkatı fəalı, “Qarabağ hərəkatı”nın aktivlərindən biri Nairi Hunanyanın olması çox şeyi deyirdi.

Robert Köçəryan hakimiyyəti Qarabağ klanının digər üzvü Serj Sərkisyana (yeri gəlmişkən, onun da atasının azərbaycanlı olması barədə ciddi iddialar var) ötürən zaman da azı 10 nəfər etirazçını qətlə yetirdi. 2008-ci ilin 1 martında törədilən cinayətlər bu günə qədər tam şəkildə araşdırılmayıb. Nikol Paşinyan 2018-ci ildə Sorosun dəstəyi ilə Sərkisyanı devirib, hakimiyyəti ələ alandan sonra Qarabağ klanının liderlərinin əl-ayağını bir yerə yığmağa nail olmuşdu, Köçəryan, Sərksiyan, Ohanyan və digərləri ya həbsxanaya salındılar, ya da məhkəmə kluarlarında aylarla süründülər. Hətta Vladimir Putinin dostu olması da, Köçəryanı uzun müddət xilas edə bilməmişdi. Budur, 2026-cı il parlament seçkiləri ərəfəsində Robert Köçəryan yenidən ortaya çıxıb, meydan oxuyur. Dişində şirə qalıb, düşünür ki, bu dəfə də istədiyinə nail olacaq, Paşinyanı devirib, ya özü, ya da dəstəklədiyi kimsə Ermənistana rəhbərliyi ələ alacaq.

Bir müddət öncə Köçəryanın Rusiyaya səfər etməsi, gizli görüşlər keçirməsi, həmçinin Paşinyan hakimiyyətinin Avropa İttifaqına yaxınlığı fonunda eks-prezidentin Kremlə “quyruq bulaması”, Ermənistanın nicatının Rusiyaya bağlılıqda olduğunu uca səslə bəyan etməsi məram-məqsədi ortaya qoyur. Rusiya üçün doğma olan bir ünvanda, Gümrüdə Paşinyanın partyasının mer seçkisini uduzması Köçəryanı xeyli həvəsləndirib. Hətta bu günlərdə o, Serh Sərkisyan, digərləri ilə koalisiyanın mümkün ola biləcəyindən də danışmağa başlayıb. Beləcə, müxalifləri Paşinyan üçün ciddi sürprizlər hazırlaya bilərlər. Təbii ki, Nikol Paşinyan da bu proseslərə biganə deyil, anlayır ki, Rusiyanın adamlarının hakimiyyətə qayıdışı, yaxud gəlişi onun həyatı bahasına başa gələ bilər. Paşinyan hətta bunu da bilməmiş deyil ki, parlamentdəki müzakirələr zamanı əli “Kalaşnikov”lu köçəryançılar zala daxil ola və avtomat güllələrini onun qarnına doldura bilərlər. Ölkəsinin terror ölkəsi olduğunu yaxşı bilir.

Bu günlərdə Ermənistan Baş Prokurorluğunun Robert Köçəryan və onun ailəsinin daşınar - daşınmaz əmlaklarının dövlətin xeyrinə müsadirə edilməsi tələbini irəli sürməsi də eks-prezidentin dilini kəsilməsinə hesablanıb. Ermənistanın baş prokuroru Anna Vardapetyan deyib ki, “Köçaryan ailəsinin 22 daşınmaz əmlak, iki daşınmaz əmlak almaq hüquqü, 2 avtomobil, 3 milyon ABŞ dollarından çox vəsait, 985 milyon dram məbləğində alınmış istiqrazlar, 1,4 milyon ABŞ dollarından çox depozitlər,15 hüquqi şəxsdə iştirak, 4 milyon dollar, 8,3 milyard dram, 261 milyon rubl və təxminən 590 min avro məbləğində kreditlərin qaytarılmasını tələb etmək hüququ və dəyəri 3,8 milyard dramdan və 20 milyard dramdan çox olan daşınmaz əmlakın alınması üçün xərclərin Ermənistan Respublikası xeyrinə müsadirə olunmasını tələb edir”. Amma bu təhdid, yaxud əmlak müsadirəsi Levonu küncə sıxacaqmı? Bu arada Sergey Lavrov – Kələntaryanın İrəvana səfəri də “beşinci kolon”a əlavə nəfəslik verib.

Ermənistanda nələr baş verəcək, hakimiyyətdə kim olacaq, bu, Ermənistanın və ordakı hayiların problemidir. Ancaq əgər sülhü pozmaq istəyən hansısa qüvvə hakimiyyətə gələcəksə, bu halda Ermənistanın taleyi sual altına düşə bilər və hansısa hind silahı Azərbaycan ordusunun qarşısında duruş gətirə bilməz! Azərbaycan bəyan edib: sülh müqaviləsi Ermənistanla bağlanacaq, Paşinyan və yaxud qeyrisinin olması bizi o qədər də maraqlandırmır. Lakin Robert Köçəryan, Serj Sərkisyan və bu kimi digərləri istisnadır. Çünki onlar hələ Xocalı soyqırımına və digər cinayətlərə görə Azərbaycana cavab verməlidirlər! Elə bu günlərdə Bakıda davam edən məhkəmə prosesində həmin canilərin adları çəkilir, cinayətləri etiraf olunur. Bir müddət əvvəl erməni jurnalist Natali Aleksanyan demişdi ki, Köçəryanı, Sərkisyanı və Ohanyanı Bakıda hakim qarşısına çıxarmaq lazımdır. Paşinyan onları Bakıya təhvil versə, özünü də, ölkəsini də xilas etmiş olar...

Dişi qana batmış, gözlərini qan örtmüş Robert Köçəryan çox da həvəslənməsin və 44 günlük müharibədən sonra edilən xəbərdarlığı xatırlasın. 2023-cü ilin 23 noyabrında Azərbaycan Prezidenti İlham Əliyev Ağdamdakı Cümə məscidinin qarşısında sözünü demişdi.

Sitat:

“Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandır bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Paşinyan heç kimdir”.

Bu sözlər həm də o deməkdir ki, Köçəryan, Sərkisyan və digər canilər, siçan kimi gizlənənlər bir daha hakimiyyət görməyəcəklər, bu xəbərdarlığı sırğa edib kar qulaqlarından assınlar!!!

Elşad Paşasoy

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 May 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Putin bir cümlə ilə özünü təslim etdi...”

18 Avqust 2025 00:45see235

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see218

Ağ Ev bunu təkzib edib...

17 Avqust 2025 20:55see199

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see175

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see141

Sevgilisini məhkəmədə uddu Bu qədər təzminat alacaq

18 Avqust 2025 00:56see139

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

18 Avqust 2025 04:45see135

Arsenal səfərdə Mançester Yunayted i məğlub etdi VİDEO

17 Avqust 2025 22:03see132

Çempion PSJ mövsümə bir qollu qələbə ilə başlayıb VİDEO

18 Avqust 2025 01:03see130

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see125

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see125

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see124

Qərb Ukraynada müharibənin bitməsində maraqlı deyil Belarus

17 Avqust 2025 22:11see123

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see122

Dilarə Əliyeva qızı və nəvəsinin görüntüsünü paylaşdı

17 Avqust 2025 21:30see122

Messi futbol tarixində yeni rekorda imza atıb

17 Avqust 2025 21:06see119

Nəsrindən bikinidə paylaşım

18 Avqust 2025 01:03see119

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see118

Makron sabah Ağ Evdə baş tutacaq görüş barədə açıqlama verib

17 Avqust 2025 22:09see115

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri