Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq YENİLƏNİB
Icma.az, Apa.az saytına istinadən bildirir.
Ermənistanın ikinci prezidenti Robert Köçəryan Antikorrupsiya Məhkəməsinə aparılıb.
“Armenpress” xəbər verir ki, məhkəmdə Antikorrupsiya Komitəsinin Köçəryanın həbsi ilə bağlı vəsatəti müzakirə olunacaq.
***
17:27
Ermənistanın sabiq prezidenti Robert Köçəryan xəstəxanadan Antikorrupsiya Komitəsinə aparılıb.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd edək ki, ötən gün saxlanılan Robert Köçəryan özünü pis hiss etdiyi üçün təcili yardım çağırılıb. Məlumata görə, Köçəryanda yüksək qan təzyiqi qeydə alınıb və o, əlavə müayinə üçün müvafiq tibb müəssisəsinə köçürülüb.
Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryana qarşı üç maddə üzrə cinayət işi açılıb. Baş prokuror Ermənistan Respublikasının ikinci Prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə bağlı ictimai cinayət təqibi başladıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 26 Avqust 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















