Icma.az
close
up
RU
Robert Levandovski: Bu yaşda belə bir futbolçunu görməmişdim

Robert Levandovski: Bu yaşda belə bir futbolçunu görməmişdim

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

"Barselona"nın hücumçusu Robert Levandovski açıqlayıb ki, 2012-ci ildə baş məşqçi Ser Aleks Fergüsonun rəhbərliyi altında oynamaq üçün "Mançester Yunayted"ə keçmək istəyib.

İdman.biz xəbər verir ki, bu keçid baş tutmayıb, çünki polşalının o vaxtkı klubu "Borussiya Dortmund" transferə icazə verməyib.

Levandovski 2014-cü ilin yayında azad agent kimi "Bavariya"ya keçib. Təcrübəli futbolçu BBC-yə müsahibəsində o illəri belə xatırlayıb: "Mançester Yunayted"ə keçmək qərarını vermişdim. Aleks Fergüsonla çalışmaq istəyirdim. Dortmund klubu məni satmadı, çünki başa düşürdülər ki, əgər qalsam, daha çox pul qazana bilərlər. Onlar bilirdi ki, mən bir-iki il daha gözləyə bilərəm. Amma doğrudur ki, "Mançester Yunayted"ə "hə" demişdim”.

Levandovski 2010-cu ildə Polşanın "Lex Poznan" klubundan Dortmund "Borussiya"sına keçməzdən əvvəl İngiltərənin "Blekbörn Rovers" klubunun da maraq dairəsində olub. O, karyerası ərzində Premyer Liqada oynamaması barədə qarışıq hissləri olduğunu bildirib: “Bəlkə də peşmanlıq ola bilər. Amma geriyə baxanda "Bavariya", "Borussiya Dortmund" və indi də "Barselona" kimi klublarda oynamışam, deməli, karyeramdan çox razıyam”.

Levandovski Almaniyada parlaq karyera qurub. "Bavariya"nın heyətində 344 qolla klub tarixində Gerd Müllerdən sonra ən məhsuldar ikinci oyunçu olub. O, Münhendə keçirdiyi 8 mövsümün hamısında Bundesliqa çempionu olub və 2019/20 mövsümündə Çempionlar Liqasını qazanıb.

Uğurlu çıxış "Barselona"da da davam edib – burada üç mövsüm ərzində 2 La Liqa titulu, 2 İspaniya Superkuboku və 1 İspaniya kuboku qazanıb: "Mən heç vaxt elə hiss etməmişəm ki, nəyisə qaçırmışam. Çünki hər qərarı öz istəyimlə vermişəm".

Levandovski ötən mövsüm Çempionlar Liqası tarixində 100 və ya daha çox qol vuran oyunçular sırasına daxil olaraq, Kriştiano Ronaldo və Lionel Messiyə qoşulub. Hazırda o, peşəkar karyerasının 22-ci mövsümünə başlayır.

Bu ay 37 yaşı tamam olacaq polşalı futbolçu hələ də gənc oyunçularla rəqabət aparmaq üçün motivasiya hiss edir: “Əgər görürəmsə ki, mən hələ də onları yox, onlar məni yaxalamağa çalışır – bu, o deməkdir ki, qarşıdakı mövsüm də uğurlu ola bilər.

Mən hələ də öz ən yaxşı çıxışımı göstərmək üçün buradayam. Başa düşürəm ki, gənclərlə mübarizə apara bilmərəm, amma onlara kömək edə bilərəm və onlar da mənə kömək edə bilər. Mən onlardan çox şey öyrənirəm. Heç vaxt elə düşünməzdim ki, bu cür olacaq”.

"Barselona"nın parlayan ulduzu Lamin Yamal haqqında da danışan Levandovski onun bacarığını hələ 2022-ci ildə əsas komanda ilə ilk məşqində görüb: “Bu, həyatımda ilk dəfə idi ki, 50 dəqiqədən sonra başa düşdüm – o, nəsə xüsusi bacarığa sahibdir. İnanmadım, çünki bu yaşda belə bir futbolçunu görməmişdim – 15 yaşında bu mümkün deyil, deyə düşünürdüm”.

Hazırda 18 yaşlı Yamal bu il "Qızıl top" mükafatını qazanmağa əsas namizədlərdən biridir: “Yamalın keçirdiyi mövsüm inanılmaz idi. Həm də onun hələ çox vaxtı var, bu il olmasa da, bəlkə gələn il mükafatı qazana bilər".

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Avqust 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri