Icma.az
close
up
RU
Robert Mobili: Məqsəd Alban kilsəsini saxtalaşdıraraq erməni kilsəsi adı ilə dünyaya tanıtmaq idi

Robert Mobili: Məqsəd Alban kilsəsini saxtalaşdıraraq erməni kilsəsi adı ilə dünyaya tanıtmaq idi

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qəbələ, 18 sentyabr, AZƏRTAC

Azərbaycan Alban-udi xristian dini icması diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfərinə Ermənistanın göstərdiyi revanşist münasibəti kəskin pisləyib.

İcmanın sədri Robert Mobilinin yaydığı bəyanatda bildirilir ki, dini icma Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura, xüsusilə alban tarixi-mədəni irsinə məxsus Gəncəsər və Xudavəng məbədlərinə səfərinə Ermənistan cəmiyyətində və siyasi dairələrində revanşist əhvali-ruhiyyəli münasibət göstərilməsini qətiyyətlə qınayır.

Bu barədə Qəbələnin Nic qəsəbəsində AZƏRTAC-ın bölgə müxbirinə açıqlama verən Robert Mobili deyib: “Ümumiyyətlə, ermənilərin Alban kilsəsini saxtalaşdırma prosesi işğal zamanı daha intensivləşmişdi. Amma bu siyasətin çox dərin kökləri var. Hətta Çar Nikolayın vaxtına gedib çıxır. İkinci əsas saxtalaşdırma prosesi isə işğal dövrünə təsadüf edir. Ermənilər Qarabağı işğal edəndən sonra böyük məbədləri, xüsusilə Gəncəsər və Xudavəng monastır komplekslərinin, həmçinin Ağoğlanın memarlıq üslubunu dəyişdirməyə, xaç elementləri əlavə etməyə başladılar. Daşların üzərinə xaç yerləşdirdilər. Bu da göstərir ki, saxtalaşdırma məqsədli şəkildə aparılıb.

Ermənistan Alban kilsəsinin böyük hissəsini saxtalaşdırmağa cəhd edib. Məqsəd o idi ki, alban kilsələrini erməni kilsəsi adı ilə dünyaya tanıtsınlar. Ümumiyyətlə, İslam dini ilə bağlı tarixi irsimizə münasibətləri də göz önündə idi. İşğal dövründə məscidlərimizin vəziyyəti hər kəsə məlumdur. Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu. İndi Azərbaycan dövləti həmin Alban kilsələrini, məscidləri bərpa edir”.

Azərbaycanın Qafqaz Albaniyasının varisi olduğunu diqqətə çatdıran R.Mobili qeyd edib ki, Qafqaz Albaniyası güclü ölkə idi, müstəqil kilsəsi var idi. Azərbaycanda Alban-udi xristian icması da bu kilsənin birbaşa dini varisidir: “Biz çalışırıq ki, bu həqiqəti dünyaya çatdıraq. Həqiqət ondan ibarətdir ki, Alban kilsəsinin nə gürcü kilsəsinə, nə rus kilsəsinə, nə də erməni kilsəsinə heç bir yaxınlığı yoxdur”.

“Ermənilərin din xadimləri, qeyri-hökumət təşkilatları diplomatların azad olunmuş ərazilərimizə səfərinə niyə belə səs-küy qaldırdılar? Çünki Azərbaycanın tarixi-mədəni irsinə sahib olmaq istəyirlər”, - deyən İcma sədri əlavə edib ki, bu gün Azərbaycanda Alban kilsələri ilə yanaşı, digər kislələr də təmir olunur. Azərbaycanda dini icmalar üçün şərait yaradılır.

“Bunun bariz nümunəsi də Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana kilsəsidir, hansı ki, Heydər Əliyev Fondu tərəfindən bərpa olundu. Məhz müharibə gedən dövrdə bərpa edildi. Müqəddəs Yelisey kilsəsi, Rus Pravoslav kilsəsi... Bu kilsələr də bərpa olunub. Bu, tarixi həqiqətdir. Bu həqiqətləri turistlər də gəlib öz gözləri ilə görürlər. Sizdən əvvəl Latviya və Litvadan qonaqlar gəlmişdi. Mən onlara da Azərbaycan həqiqətlərini çatdırdım. Bildirdim ki, Azərbaycan müsəlman ölkəsidir, ama burada kilsələr də bərpa edilir. Hətta 44 günlük müharibə dövründə Azərbaycanda məhz kilsə bərpa olundu. Bu da Azərbaycan tolerantlığının bir nümunəsidir”, - deyə o əlavə edib.

Müxbir – Rəşad Türkoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2026 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri