Roberto Mançininin yeni iş yeri bəlli oldu
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Roberto Mançini Qətərin "Əl Sədd" klubunun təklifini qəbul edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano bu barədə sosial media hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, müqavilədə baş məşqçinin 2026-cı ilin yayında komandadan ayrılmasına icazə verən bənd olacaq. Bu şərt Mançini üçün çox vacib idi və tərəflər arasında razılıq əldə olunub.
İtalyan mütəxəssisin bütün sənədləşmə işləri yekunlaşdıqdan sonra müqaviləni imzalaması gözlənilir. 59 yaşlı məşqçi son olaraq Səudiyyə Ərəbistanı millisini çalışdırıb.
Qeyd edək ki, Mançini karyerası ərzində "Bolonya", "Sampdoriya" və "Latsio"da oynayıb. Məşqçi kimi isə o, "Latsio", "İnter", "Mançester Siti", "Qalatasaray" və "Zenit"də çalışıb. 2020-ci ildə İtaliya millisi Mançininin rəhbərliyi altında Avropa çempionatının qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 11 Noyabr 2025 08:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















