Robotlar 600 min insanı işindən məhrum edəcək 12,6 milyard dollar qənaət
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
"Amazon" şirkəti 2033-cü ilə qədər robotların köməyi ilə təxminən 600 min amerikalı işçini işə götürməkdən imtina etməyi planlaşdırır.
BAKU.WS xəbər verir ki, bu barədə "The New York Times" (NYT) nəşri məlumat yayıb.
Məlumata görə, Amazon-un robototexnika komandası şirkətin bütün əməliyyatlarının təxminən 75 faizini avtomatlaşdırmaq üzərində çalışır. Gözlənilir ki, artıq 2027-ci ilə qədər ABŞ-də 160 min iş yeri ləğv ediləcək. Avtomatlaşdırma tədbirləri şirkətə 2025–2027-ci illər ərzində 12,6 milyard dollar qənaət gətirəcək.
"Amazon" ictimaiyyətdə iş yerlərinin itirilməsinə dair mümkün mənfi reaksiyadan əvvəl məsuliyyətli korporativ iştirakçı kimi imicini qorumağa çalışıb. Şirkət guya, ictimai layihələrdə iştirak və "avtomatlaşdırma" və "süni intellekt" kimi ifadələrdən qaçmaq planlarını müzakirə edib. Onların yerinə daha yumşaq ifadələr - "müasir texnologiyalar" və ya insanların yanında işləyən robotları ifadə edən "kobot" (collaborative robot) termini təklif olunub.
"Amazon" nümayəndəsi Kelli Nantal "The Verge" nəşrinə bildirib ki, yayılan sənədlər yalnız bir komandanın baxışlarını əks etdirir və şirkətin indiki və ya gələcək işəgötürmə strategiyasını əhatə etmir. O əlavə edib ki, sızan məlumatlar şirkətin planlarını tam və dəqiq şəkildə əks etdirmir.
Şirkət həmçinin bəyan edib ki, rəhbərlikdən robot texnologiyası ilə bağlı terminlərdən çəkinmək barədə heç bir göstəriş verilməyib və ictimai layihələrdə iştirak şirkətin avtomatlaşdırma planları ilə əlaqəli deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 21 Oktyabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















