Icma.az
close
up
RU
Robotlar ürək əməliyyatı edə bilərmi? Türkiyəli ürək cərrahı izah edir

Robotlar ürək əməliyyatı edə bilərmi? Türkiyəli ürək cərrahı izah edir

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Ötən il dünyada 4 milyondan çox əməliyyat robot dəstəyi ilə icra olunub, Türkiyədə isə bu göstərici 10 min səviyyəsindədir

Ürək əməliyyatlarında robot dövrü başlayıbmı? Sherg.az xəbər verir ki, Acıbadem Üniversitesi Tibb Fakültəsinin Ürək və Damar Cərrahiyyəsi kafedrasının rəhbəri Şahin Şenay, ntv.com.tr oxucuları üçün mövzu ilə bağlı xüsusi məqalə qələmə alıb.

Ürək bədənimizin ən vacib orqanlarından biridir və onu qorumaq sağlam həyatın əsas şərtidir. Xüsusilə son illərdə ürək sağlamlığının mühafizəsi üçün bir çox yeni texnoloji həllər tətbiq olunur ki, robotik əməliyyatlar da bu yeniliklərdən biridir.

Əslində cərrahi robotların yaranma hekayəsi insan əlinin imkanlarını aşmaq ehtiyacından doğub. 1980-ci illərdə hazırlanmış ilk robotik sistemlər, xüsusən NASA-nın dəstək verdiyi layihələr çərçivəsində cərrahın dəqiqliyini artırmaq və çətin şəraitdə təhlükəsiz cərrahi müdaxilələri mümkün etmək məqsədi ilə dizayn edilib. Məqsəd cərrahı əvəzləmək deyil, onun imkanlarını genişləndirmək idi. Bu gün robot əməliyyatlar 3D görüntüləmə, süni intellekt tətbiqləri kimi texnologiyalar sayəsində ürək əməliyyatlarında daha geniş istifadə olunur.Ürək əməliyyatı dedikdə hələ də bir çox insanın ağlına böyük kəsik və uzun sağalma prosesi gəlir. Halbuki robot ürək cərrahiyyəsi bu təsəvvürü səssiz, lakin güclü şəkildə dəyişməyə başlayıb. Bəs doğrudanmı robotlar ürəyimizi etibar edəcək qədər təhlükəsizdir?

Robotlar hələ avtonom deyil

Robot ürək cərrahiyyəsi ilə bağlı ən geniş yayılmış yanlış düşüncələrdən biri əməliyyatın robotlar tərəfindən tam müstəqil şəkildə aparılmasıdır. Hazırda istifadə olunan cərrahi robotlar avtonom deyil, yəni qərar vermir, təşəbbüs göstərmir. Bütün idarəetmə cərrahın nəzarətindədir. Cərrah xüsusi konsol vasitəsilə robot qolları birbaşa idarə edir.

Robotun üstünlüyü insan əlinin çata bilmədiyi yüksək dəqiqlik, titrəyişsiz hərəkət və dar sahələrdə geniş görmə imkanları təqdim etməsidir. Yəni robot cərrahın yerini tutan bir vasitə deyil, onun təcrübəsini əməliyyata daha təhlükəsiz və nəzarətli şəkildə əks etdirən texnologiyadır.

Xəstələr niyə robot üsulu seçir?

Robot ürək cərrahiyyəsi hər kəs üçün uyğun olmaya bilər, lakin doğru xəstə seçimində ciddi üstünlüklər təqdim edir. Döş sümüyü açılmadan aparılan əməliyyatlar, daha az ağrı, infeksiya riskinin azalması, xəstəxanada qalma müddətinin qısalması və ən əsası gündəlik həyata və ailə mühitinə daha tez qayıdış bu üstünlüklər sırasındadır.

Ötən il dünyada 4 milyondan çox əməliyyat robot dəstəyi ilə icra olunub. Bu göstərici ölkəmizdə təxminən 10 min səviyyəsindədir.

Gələcək artıq buradadır

Bu gün robot cərrahiyyə ürək əməliyyatlarında mühüm üstünlüklər yaradır. Hazırda ürək qapağı əməliyyatları, bypass əməliyyatları və ürək şişlərinin çıxarılması kimi bir çox müdaxilə robot dəstəyi ilə həyata keçirilə bilir.

Türkiyədə də bu sahədə əhəmiyyətli klinik təcrübə formalaşıb və tətbiq edilən üsullar xəstələrin daha sürətli sağalmasına töhfə verir. Robot ürək cərrahiyyəsi bir xəyaldan ibarət deyil -düzgün xəstə seçimi, uyğun mərkəz və təcrübəli cərrahla güclü və effektiv müalicə seçimidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Dekabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri