Rolls Royce Britaniyanın sualtı qayıqları üçün nüvə reaktorlarını hazırlayacaq
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Britaniya hökuməti sualtı donanmasının modernləşdirilməsi proqramı çərçivəsində sualtı qayıqlar üçün nüvə reaktorlarının yaradılmasına dair "Rolls-Royce" şirkəti ilə 11 milyard dollar dəyərində müqavilə bağlayıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Britaniya hakimiyyətinin məlumatında bildirilib.
Qeyd edilib ki, "Unity" sazişi Birləşmiş Krallığın sualtı qayıqları üçün nüvə reaktorlarının layihələndirilməsi, istehsalı və dəstəklənməsini nəzərdə tutur.
"Rolls-Royce" ilə yeni müqavilə Birləşmiş Krallığın təhlükəsizliyinin, həmçinin 2021-ci ildə ABŞ, Britaniya və Avstraliyanın daxil olduğu "AUKUS ittifaqı" çərçivəsində tərəfdaşlığın gücləndirilməsinə kömək edəcək", - deyə məlumatda vurğulanıb.
Britaniya ilk olaraq "SSN-AUKUS" sualtı qayıqlar seriyasının tikintisini həyata keçirməyi planlaşdırır. 2030-cu ildən sonra inşaat Avstraliyaya köçürüləcək və 2040-cı illərin əvvəlində Kanberra öz istehsalı olan ilk sualtı qayığı əldə edəcək.
(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 24 Yanvar 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















