Icma.az
close
up
RU
“Roma” avrokuboklarda 36 ildən sonra ilk dəfə...

“Roma” avrokuboklarda 36 ildən sonra ilk dəfə...

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Oktyabrın 2-də Avropa Liqasının (AL) əsas mərhələsində 2-ci turun oyunları keçirildi. Cümə axşamı 18 oyunun həyəcanı yaşandı.

"Football-plus az" xəbər verir ki, AL-in yeni mövsümünün ilk iki turu 7 komanda üçün əla alındı.
Hər iki oyunda qalib gələn “Dinamo” (Zaqreb), “Midtüllann”, “Aston Villa”, “Braqa”, “Lion”, “Lill” və “Portu” turnir cədvəlinin şərikli liderləri oldular. Bu klublardan “Dinamo” topların daha yaxşı fərqinə əsasən 1-ci yerin sahibidi.
Xatırladaq ki, Xorvatiya futbolunun flaqmanı ilk turun ev oyununda “Fənərbaxça”ya 3:1 hesabıyla qalib gəlmişdi. Zaqreblilər cümə axşamı “Makkabi”ni (Təl-Əviv) də eyni hesabla məğlub etdilər.
“Midtüllann”ın İngiltərədə “Nottingem Forest”ə qalib gəlməsi (3:2) diqqəti daha çox cəlb edən nəticələrdən oldu. Danimarka klubu britaniyalılara avrokuboklarda təcrübə amilinin vacib olduğunu əyani şəkildə göstərdilər. Angelos Postekoğlu son 100 ildə nottingemlilərin başında ilk 6 rəsmi oyunda qələbə qazana bilməyən ilk məşqçi oldu.
İlk turda Fransada “Nitsa”nı 2:1 hesabıyla məğlub etməklə AL-də (UEFA Kubokunda) qələbələrinin sayını 98-ə çatdıraraq yeni rekord müəyyənləşdirən “Roma”nın evdə Liqa 1-in daha bir təmsilçisinə uduzması da vurğulanmalıdı. Əslində İtaliya klubu “Lill”ə qarşı oyunda heç də zəif təsir bağışlamadı. Paytaxt təmsilçisi qapısında erkən qol gördü. Maraq üçün qeyd edək ki, hesabı açan islandiyalı yarımmüdafiəçi Haraldsson bu yay “Yuventus”a yollanan hücumçu Devidin yoxluğunu hiss etdirmir. Romalılar qalan vaxtda buraxılan qola bir neçə dəfə cavab verə bilərdilər. Ən yaddaqalan epizodda Sulenin 69-cu dəqiqədə penaltini qola çevirə bilməməsi “Lill”in şərikli liderlərin sırasına qoşulmasına şərait yaratdı. “Roma” bununla da avrokuboklarda 36 ildən sonra mövsümün ilk ev oyunundda məğlub oldu.
Digər matçlara gəlincə, şübhəsiz ki, qitənin 5 aparıcı liqasından olan digər komandaların qarşılaşması daha çox maraq doğururdu. Belə duellərdən biri İtaliyada keçirildi. Yerli “Bolonya” “Frayburq”la oyunun ilk yarısını hesabda üstün başa vursa da, Almaniya klubu fasilədən sonra penalti ilə matçın nəticəsini müəyyən etdi - 1:1. Bundesliqanın digər təmsilçisi “Ştutqart” isə İsveçrədə “Bazel”dən iki cavabsız top buraxdı.
İspaniya klubları üçün hesabat turu uğurlu alındı.
“Betis” Bolqarıstanda “Ludoqorets”i 2:0 hesabıyla məğlub etdi. Hesabı açan Lo Çelso Avropaya gəldiyi 2018-ci ildən indiyədək qitə kuboklarında 11-ci qolunu vurdu. Onun ötən 7 ildə argentinalı yarımmüdafiəçilər arasında yalnız 19 qol vuran Di Mariyadan geri qaldığını qeyd edək. “Selta” İspaniyada PAOK-a 3:1 hesabıyla qalib gəldi.
Liqa mərhələsinin 2-ci turunun bütün oyunlarında qol vuruldu. Xatırladaq ki, ilk turda yalnız bir oyunda hesab açılmamış, Yunanıstanda keçirilən PAOK – “Makkabi” (Təl-Əviv) matçında qapılara qol vurulmamışdı. Bu dəfə də yalnız bir oyun tərəflərdən birinin böyükhesablı qələbəsi ilə nəticələndi. “Viktoriya” Plzendə “Malmö”nün qapısından 3 cavabsız top keçirdi. İlk turda “Panatinaikos”un İsveçrədə “Yanq Boyz”u 4:1 hesabı ilə məğlub etdiyini də xatırladaq.
İki turdan sonra 6 komanda - “Nitsa”, “Reyncers”, “Utrext”, “Zaltsburq”, “Feyenoord” və “Malmö” xal qazana bilməyib. “Reyncers”in bütün turnirlərdə səfərdə ardıcıl 22-ci oyunda qələbə qazana bilmədiyini və Qlazqo klubunun 1895-97-ci illərdəki antirekordunu təkrarladığını da qeyd edək.
liqa mərhələsi, 2-ci tur
Feyenoord (Niderland) - Aston Villa (İngiltərə) 0:2

Buendiya, 61. Makqinn, 79.
Aston Villa: E.Martines, Keş (Lindelöff, 86), Konsa, Pau Torres, Maatsen (Din, 77), Qessan, Makqinn (Elliott, 86), Kamara, Rocers, Buendiya (Malen, 71), Uotkins (Boqarde, 71).
Lion (Fransa) - Zaltsburq (Avstriya) 2:0
Satriano, 11. Klyuvert, 57.
Lion: Qreyf, Talyafiko (Meytlend-Nayls, 68), Nyakate, Klinton Mata, De Karvalyo, Tessman (Morton, 68), Tolisso (Mera, 87), Klyuvert, Karabets (Fofana, 68), Satriano (Moleb, 74), Şults.
Roma (İtaliya) - Lill (Fransa) 0:1
Haraldsson, 6.
Roma: Svilar, Ermoso (Mançini, 55), Ndika, Çelik, Uesli Fransa, Kristante (Kone, 69), Əl-Aynaui, Simikas (Rensx, 46), Sule, Pelleqrini (Əl-Şaaravi, 55), E.Ferqyuson (Dovbik, 78).
Lill: Özər, Verdonk (Perro, 69), Mandi, Mbemba, Menye, Sahraui (Mukau, 89), Buaddi, Bentaleb (Andre, 62), Korreya, Jiru (İqman, 62), Haraldsson (Fernandes-Pardo, 62).
Bolonya (İtaliya) - Frayburq (Almaniya) 1:1
Orsolini, 29 – Adamu, 57-p.
Bolonya: Skorupski, Holm, Likoyannis (Miranda, 66), Vitik, Lukumi, Fröyler, L.Ferqyuson (Fabbian, 90+3), Odqor, Kambyaqi (Rou, 77), Orsolini (Bernardeski, 66), Kastro (Dallinqa, 66).
Frayburq: Atubolu, Ginter, Troy, Linxart, Makenqo (Günter, 80), M.Eqqeştayn, Österhaqe, Beste (Dinkçi, 75), Manzambi (Heler, 80), Qrifo (Şerhant, 46), Adamu (Matanoviç, 88).
Ludoqorets (Bolqarıstan) - Betis (İspaniya) 0:2
Lo Çelso, 31. Son, 53-öz qapısına.
Betis: Valyes, Firpo (Rodriges, 57), Qomes, Natan, Ruibal (Ortis, 56), Mark Roka (Amrabat, 76), Lo Çelso (Fornals, 76), Altimira, Rikelme (Ezzalzuli, 67), Bakambyu, Avila.
Bazel (İsveçrə) - Ştutqart (Almaniya) 2:0
Ayeti, 23. Şakiri, 84.
Ştutqart: Nübel, Assinyon (Vaqnoman, 90+3), Jak, R.Hendriks, Mittelştadt, Ştiller, Çema Andres (Əl-Hannus, 69), Levelinq (Fürix, 69), Tomaş, Buanani (L.Yovanoviç, 79), Demiroviç.
Selta (İspaniya) - PAOK (Yunanıstan) 3:1
Aspas, 45+2. İqlesias, 53. Svedberq, 71 – Yakumakis, 37.
Selta: Radu, Alonso, Starfelt, Manu Fernandes, Rueda (X.Rodriges, 83), D.Rodriges, Moriba, Minqesa (Dominges, 67), Aspas (Saraqosa, 74), İqlesias (Cutqla, 54), Svedberq (P.Duran, 74).
Nottingem Forest (İngiltərə) - Midtüllann (Danimarka) 2:3
Ndoy, 22. Vud, 90+3-p. – Diao, 18. Bek, 24. Andreasen, 88.
Nottingem Forest: Sels, Morato, Milenkoviç, Murilyo (Savona, 26), Ndoy, E.Anderson, N.Uilyams, İ.Sanqare, Gibs-Uayt, İqor Jezus (Vud, 75), Hadson-Odoi.
Seltik (Şotlandiya) - Braqa (Portuqaliya) 0:2
Rikardo Orta, 21. Qabri Martines, 85.
Viktoriya (Plzen, Çexiya) - Malmö (İsveç) 3:0
Vıdra, 34. Durosinmi, 44. Spaçil, 53.
Fənərbaxça (Türkiyə) - Nitsa (Fransa) 2:1
Aktürkoğlu, 3; 25 – Karlos, 37-p.
FKSB (Rumıniya) - Yanq Boyz (İsveçrə) 0:2
Monteyro, 11; 36.
Panatinaikos (Yunanıstan) - Qou Ehed İqls (Niderland) 1:2
Sviderski, 55 – Smit, 75; 82.
Brann (Norveç) - Utrext (Niderland) 1:0
S.Maqnusson, 41.
Portu (Portuqaliya) - Srvena Zvezda (Serbiya) 2:1
Villiam Qomes, 8-p. Mora, 89 – Kostov, 33.
Genk (Belçika) - Ferentsvaroş (Macarıstan) 0:1
B.Varqa, 44.
Makkabi (Təl-Əviv, İsrail) - Dinamo (Xorvatiya) 1:3
Abu Farhi, 44 – Lisitsa, 16. Lyubiçiç, 19; 72.
Şturm (Avstriya) - Reyncers (Şotlandiya) 2:1
Horvat, 7. Kiteişvili, 34 – Qassama, 49.
1. Dinamo 2 2 0 0 6-2 6
2. Midtüllann 2 2 0 0 5-2 6
3. Aston Villa 2 2 0 0 3-0 6
4. Braqa 2 2 0 0 3-0 6
5. Lion 2 2 0 0 3-0 6
6. Lill 2 2 0 0 3-1 6
7. Portu 2 2 0 0 3-1 6
8. Viktoriya P 2 1 1 0 4-1 4
9. Betis 2 1 1 0 4-2 4
10. Frayburq 2 1 1 0 3-2 4
11. Ferentsvaroş 2 1 1 0 2-1 4
12. Panatinaikos 2 1 0 1 5-3 3
13. Selta 2 1 0 1 4-3 3
14. Bazel 2 1 0 1 3-2 3
15. Qou Ehed İqls 2 1 0 1 2-2 3
16. Roma 2 1 0 1 2-2 3
17. Brann 2 1 0 1 2-2 3
18. Genk 2 1 0 1 1-1 3
19. Yanq Boyz 2 1 0 1 3-4 3
20. Fənərbaxça 2 1 0 1 3-4 3
21. Ludoqorets 2 1 0 1 2-3 3
22. Ştutqart 2 1 0 1 2-3 3
23. Şturm 2 1 0 1 2-3 3
24. FKSB 2 1 0 1 1-2 3
25. Nottingem Forest 2 0 1 1 4-5 1
26. Srvena Zvezda 2 0 1 1 2-3 1
27. Bolonya 2 0 1 1 1-2 1
28. PAOK 2 0 1 1 1-3 1
29. Seltik 2 0 1 1 1-3 1
30. Makkabi T-Ə 2 0 1 1 1-3 1
31. Nitsa 2 0 0 2 2-4 0
32. Reyncers 2 0 0 2 1-3 0
33. Utrext 2 0 0 2 0-2 0
34. Zaltsburq 2 0 0 2 0-2 0
35. Feyenoord 2 0 0 2 0-3 0
36. Malmö 2 0 0 2 1-5 0
Bombardir: Zaruri (Panatinaikos) - 3.
Növbəti turun oyunları oktyabrın 23-də keçiriləcək: Zaltsburq – Ferentsvaroş, Fənərbaxça – Ştutqart, Feyenoord – Panatinaikos, FKSB – Bolonya, Qou Ehed İqls - Aston Villa, Genk – Betis, Lion – Bazel, Braqa - Srvena Zvezda, Brann – Reyncers, Roma – Viktoriya P, Yanq Boyz – Ludoqorets, Seltik – Şturm, Lill – PAOK, Makkabi T-Ə – Midtüllann, Malmö – Dinamo, Nottingem Forest – Portu, Selta – Nitsa, Frayburq – Utrext.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri