Roma klubu yeni stadionun tikintisinə başlayacaq
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən gün İtaliyada "Roma"nın yeni stadionu – "Avro-2032"yə ev sahibliyi edəcək məkanlar siyahısına namizəd olan layihə – təsdiqlənib. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Yeni stadionun texniki-iqtisadi əsaslandırma layihəsinin dövlət və yerli hakimiyyət orqanları ilə razılaşdırılması üzrə inzibati proses bazar ertəsi başa çatıb və layihə müsbət rəy alıb.
İclasda Latsio bölgəsinin prezidenti Françesko Rokka və Roma meri Roberto Gualtieri iştirak ediblər, İtaliyanın idman və gənclər naziri Andrea Abodi isə tədbirə videobağlantı vasitəsilə qoşulub.
Roma meri Roberto Gualtierinin sözlərinə görə, stadionun tikintisinə 2027-ci ildə başlanıla bilər və işlərin tamamlanması təxminən iki il yarım vaxt aparacaq:
"Bu mərhələdə "Roma" stadionu artıq reallığa çevrilib və o, inşa olunacaq. Bu, həm Roma, həm də bütün ölkə üçün böyük nailiyyətdir. Dünyanın ən gözəl stadionlarından birini tikmək öhdəliyinə görə "Roma" klubuna və Fridkin ailəsinə təşəkkür edirəm.
Qeyd edək ki, 2032-ci ildə keçiriləcək Avropa çempionatına İtaliya və Türkiyə birgə ev sahibliyi edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 29 Sentyabr 2026 08:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















