Icma.az
close
up
RU
Roma Papası Fransiskin ölümünə təəssüfüm FOTOLARDA

Roma Papası Fransiskin ölümünə təəssüfüm FOTOLARDA

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlumat yayılıb ki, Roma Papası Fransisk dünyasını dəyişib.
İstəyirdim ki, 89 yaşlı din xadiminin ölümünə üzülüm...

Yadıma bəzi olaylar düşdü.
Əvvəlcə xatırladım ki, Roma Papası I Fransisk 2015-cı il aprelin 12-də Vatikanın Müqəddəs Pyotr kilsəsində “erməni soyqırımı” ilə bağlı kilsə ayini icra etdi və 1915-c il hadisələrini “XX əsrin ilk soyqırımı” adlandırdı. Halbuki nə bir arxiv materialları araşdırmışdı, nə də bölgəyə araşdırıcı qrup göndərmişdi.
Onun bu hərəkəti Türk dünyasında hiddətlə qarşılandı. Çünki Papa tarixin ən böyük yalanına dəstək olmaqla tarixi gerçəkliyi təhrif etdi və dünyada xristian - müsəlman qarşıdurmasının olduğunu iddia edənlərə əsas verdi.
Bu fakt dünyaya sübut etdi ki, münaqişələrin həllində Vatikanın tərəfsiz deyil. Hətta xristianların lideri olaraq vasitəçi olma ehtimalına da zərbə vurdu . Axı, bu münasibətdən sonra müsəlman və türk dünyasında katolik kilsəsinə olan etibar fiaskoya uğramış olur.
Allahdan, İsa peyğəmbərin Ədalət və Sevgisindən danışaraq, erməni lobbisi və onların himayəçilərinin yalanına uyaraq Ədaləti rədd etmiş oldu.
Çünki əsl adı kardinal Xorxe Berqolo olan Roma Papası Frensisk Buones-Ayresdə Katolik Kilsəsinə rəhbərlik etdiyi dövrdə – 1991-ci ildə “erməni soyqırımı”nı tanıdığın bəyanı etmişdi.
İnsanlığı, Ədaləti bir kənara qoyaq: yaşından əvvəl olmamış bir hadisəni "soyqırım" adlandıran Papa dünyanın gözü qarşısında qətl edilən Xocalılıların, eyni zamanda Qarabağlıların soyqırımı ilə bağlı indiyə qədər bir kəlmə belə dilinə gətirməyib. Bu Papanın Allaha və İsa Peygənbərə olan sayğısızlığının sübutu deyildimi?
2016-cı ildə aprel ayında ilk dəfə Qarabağda 4 günlük döyüşdə Azərbaycan Ordusu işğalçılara həddini göstərəndə ən çox təsirlənən elə Papa olmuşdu. Elə həmin ilin 24-26 iyununda "xristian təəssübkeşliyi" nümayiş etdirərək rəsmi şüarla " Dünyanın ilk xristian ölkəsinə səfər" Ermənistana gəldi. Ermənilər bu təəssübkeşlikdən o qədər mütəəssir oldular ki, Papa Fransiskin ilk xristian ölkəsinə gözlənilən səfəri üçün simvolik məna daşıyan bir möhürlü açıqcanı və bir mini-açıqcada xaç şəklində dörd markanı dövriyyəyə buraxdılar. Hələ işğalçı Ermənistanda göyə göyərçinlər buraxdı. Sonra da qeyd etdi ki, "təəssüf ki, son aylarda bu bölgə yenidən zərər görür"
2021-ci ildə Roma Papası Fransisk Ermənistana tibbi avadanlıq və təcili yardım da bağışladı. Ümumiyyətlə, Papa gözünü dünyaya açar-açmaz erməni məsələsi ilə bağlı hər zaman qayğılı olub, dərd çəkib, onları düşünüb.
Hətta ölməmişdən bir gün əvvəl - ötən gün o, Ermənistan və Azərbaycanı qısa zamanda sülh sazişi imzalamağa çağırıb.
Şaiyə deyil, dəqiq məlumatdır, ölüm ayağında belə, gözü yumulduğu məqamda erməniləri unuda bilməyib. Papa bu barədə Pasxa bayramı ilə əlaqədar mesajında bildirib.
Papa Pasxa müraciətində ​​iki ölkə arasında yekun barışıq və regionun bərpası üçün dua etdiyini bildirib. Bununla yanaşı Yaxın Şərqdə və eləcə də dünyada sülhün və sabitliyin bərqərar olması üçün diləklərini çatdırıb.
Çox təəssüf edirəm ki, Roma Papası Fransisk ölüb. Kaş 1 il artıq yaşayaydı və Zəngəzur dəhlizini də görüb, sonra əməlləri ilə təhqir etdiyi Allahının və peyğəmbərinin dərgahına təşrif aparaydı...

 Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Aprel 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri