Roma Papası İtaliyada ən güvənilən ictimai xadimdir SORĞU AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Roma, 25 yanvar, AZƏRTAC
İtaliyada aparılan sorğuya əsasən, Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ölkə əhalisinin ən çox güvəndiyi ictimai xadimdir.
AZƏRTAC xəbər verir ki, İtaliya cəmiyyətindəki tendensiyaları təhlil edən Demopolis Milli Tədqiqat İnstitutu tərəfindən aparılan sorğuda 3000-dən çox insan iştirak edib. Respondentlər Katolik Kilsəsi, Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli və Papa Fransiskə verdikləri qiymətlə bağlı fikirlərini ifadə ediblər.
Belə ki, pontifik ölkə vətəndaşları üçün “ən etibarlı şəxsdir” və sorğuda iştirak edənlərin 76 faizi onun rəhbərliyinə güvəndiyini bildirib. İtaliyalıların 60 faizi Roma Papasının cəmiyyətin ən zəif üzvlərinə diqqətini və davamlı dəstəyini alqışlayır.
Sorğunun nəticələrinə görə, hər 10 italiyalıdan 4-ü Papa Fransiskin gənclərə verdiyi önəmi xüsusi qeyd edir. Bundan əlavə, onların 40 faizi pontifikin iqlim böhranı ilə bağlı narahatlığının əhəmiyyətini vurğulayır.
Katolik kilsəsinə gəlincə isə italiyalıların 45 faizi bu quruma güvəndiyini bildirib. Həmçinin onların 72 faizi katolik olduğunu qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Baxış sayı:144
Bu xəbər 25 Yanvar 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















