Roma Papası Türkiyədə ikən bir ilk yaşandı Pərdəarxasında o var imiş
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Roma Papası XIV Leo (Robert Francis Prevost) Türkiyəyə səfər etdi. Papanın Türkiyəyə səfəri Vatikan üçün dini, tarixi və diplomatik baxımdan olduqca əhəmiyyətli idi. Elə buna görə də səfər bir çox yeniliklə yadda qaldı.
Birincisi, Papa XIV Leo bu səfərlə Papa Fransiskin ölümündən əvvəl verdiyi vəsiyyətini yerinə yetirdi. Belə ki, mərhum Papa ölümündən öncə xələfinə sözügedən tədbirə getməyi vəsiyyət etmişdi.
İkincisi, Papanın Türkiyə səfərinin əsas məqsədi Birinci İznik Şurasının 1700 illiyi ilə bağlı keçiriləcək tədbirdə iştirak etmək idi və bunu da etdi. Bu iclasın keçirilməsi belə başlı-başına tarixi hadisədir. Belə ki, ilk iclası eramızın 325-ci ilində keçirilən şura xristianlıq tarixində ilk ümumdünya konsili hesab olunur. Bu iclasın digər önəmi də xristianlığın ilk doktrinalarının formalaşmasında mühüm rol oynamasıdır.
Üçüncüsü, indiyə qədər heç bir Roma Papası İznik Şurasının tədbirlərinə qatılmamışdı. Çünki İznik konsilləri tarixdə çox əhəmiyyətli olsa da, bu toplantılar Roma papalarının deyil, əsasən Bizans imperatorlarının himayəsi altında keçirilmiş ümumdünya xristian şuraları idi. Roma papaları o dövrdə bu şuralara qatılmır, yalnız nümayəndələr (legat) göndərirdilər. Məsələn, Birinci İznik Konsilində Roma Papası I Silvestr şəxsən iştirak etməmiş, əvəzində iki nümayəndə – Vito və Vinsentius – göndərmişdi. Lakin Papa XIV Leo Birinci İznik Şurasının 1700 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak edərək adını tarixə yazdırmış oldu.
Dördüncüsü, Papa XIV Leo Birinci İznik Şurasının 1700 illiyinə İstanbul Rum Fənər Patriarxı (Konstantinopol Patriarxı) I Bartelemos ilə birlikdə qatılıb. Bu olay əslində xristian dünyası üçün tarixi hadisədir. Belə ki, xristianlığın iki böyük məzhəbinin dini liderləri ilk dəfədir ki, eucharist, yəni birlikdə ortaq ayin keçirib.
Müqayisə üçün deyim ki, katoliklərlə pravoslavlar arasında tarix boyunca müxtəlif dövrlərdə birgə ibadət və ya ortaq ayin mövzusu gündəmə gəlib, amma bu, heç vaxt tam şəkildə rəsmi və davamlı bir praktika halını almayıb. Orta əsrlərdən bəri iki kilsə arasında teoloji fərqlər, siyasi qarşıdurmalar və qarşılıqlı etimadsızlıq səbəbilə ortaq ayin olmayıb.
Papa XIV Leonun Türkiyəyə səfəri, eləcə də Birinci İznik Şurasının 1700 illiyinə qatılması siyasi nəticələr də doğura bilər. Bu səfər Vatikandan çox ABŞ üçün mühüm idi. Məsələ ondadır ki, Roma Papası XIV Leonun ABŞ Prezidenti Donald Trampın istəyi ilə papa seçilməsi artıq sirr deyil. Digər tərəfdən, ABŞ–Rusiya və Tramp–Putin formatında baş verən son siyasi dialoqlar dünya güclərinin geosiyasi bölgülər qarşısında xristian birliyini bərpa etmək istədiyini göstərir. Bu, hələlik sadəcə hipotezdir, lakin katolik və pravoslav kilsələrinin birləşməsi məsələsi yenidən müzakirə masasına gələ bilər.
Bu elə də qeyri-adi iddia deyil. Əslində uzun müddətdir ki, Roma papaları Türkiyəyə gəlmək istəyirdi. Məsələn, ilk dəfə 1920-ci illərdə Roma Papası XI Piusun Türkiyəyə səfər etmək istəyi olub. Ancaq Mustafa Kamal Atatürk başda olmaqla Türkiyə rəhbərliyi bu təklifi qəbul etməyib. Atatürk tərəfindən həyata keçirilən islahatlar və bu islahatların önəmli hissəsi olan dünyəvi dövlət quruculuğuna görə xristian liderinin səfəri, dövlətin dini təsirlərdən uzaq durma prinsipinə zidd hesab edilərək rədd olunub.
1979-cu ildə isə Papa II İohann Pavelin Türkiyəyə səfəri planlaşdırılıb. Lakin həmin dövrdəki siyasi gərginliklər (sağ-sol qarşıdurması) və 20 noyabr 1979-cu ildə Cüheyman əl-Uteybi adlı radikal ideoloqun başçılıq etdiyi təxminən 500 silahlı şəxsin Kəbə basqınını həyata keçirməsi ilə əlaqədar bu səfər təxirə salınıb.
2006-cı ildə Papa XVI Benediktin Türkiyəyə səfəri baş tutdu. Lakin onun İznikə səfərinə icazə verilmədi. Yəni göründüyü kimi, Roma papalarının Türkiyəyə səfəri uzun müddət ya baş tutmayıb, ya da baş tutsa belə, İznikə getməsinə icazə verilməyib.
Lakin Papa XIV Leo Türkiyəyə səfər etdi və Birinci İznik Şurasının 1700 illiyinə qatılaraq, İstanbul Rum Fənər Patriarxı (Konstantinopol Patriarxı) I Bartelemos ilə ilk dəfə ortaq ayin keçirdi. Şübhəsiz, bu, Donald Trampın seçdirdiyi papaya böyük nüfuz, hətta güc qazandıracaq. Bu gücün pərdəarxasında isə Donald Tramp və ABŞ dayanır.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı
Baxış sayı:52
Bu xəbər 01 Dekabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















