Roma Papası üçün xüsusi “Gelandewagen” hazırlandı KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Vatikana artıq təxminən 100 ildir avtomobil tədarük edən “Mercedes-Benz” şirkəti elektrikli G580 yolsuzluq avtomobili əsasında yeni “papamobil” hazırlayıb.
KONKRET.az xəbər verir ki, avtomobil artıq Roma Papası Fransiskə təqdim edilib.
Bildirilir ki, bu “Mercedes-Benz Gelandewagen” açıq tavanlı, arxa dirəkləri olmayan, arxa hissədə “göyərtəsi” olan unikal kuzov konstruksiyası və pontifikin müxtəlif tərəflərdən auditoriyaya müraciət etməyə imkan verən xüsusi rahat oturacağı ilə fərqlənir.
Bununla bağlı yayılan fotodan görünür ki, əvvəlki “papamobil”lər kimi, bu da klassik mirvari-ağ rəngdə boyanıb. Əlverişsiz hava şəraiti üçün avtomobildə şəffaf tavanlı xüsusi sərt üst konstruksiya nəzərdə tutulub.
Şirkətdən bildirilib ki, elektromobilin güc qurğusu ictimai tədbirlərdə aşağı sürətlə rahat gediş üçün uyğunlaşdırılıb.
Baxış sayı:65
Bu xəbər 06 Dekabr 2024 00:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















