Roma Papası Vens və Rubio ilə Ukraynanın nizamlanması məsələsini müzakirə edib
Icma.az, Ayna portalına istinadən məlumat yayır.
Bəzi aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Roma Papası XIV Leo ABŞ-ın vitse-prezidenti J.D.Vens və ABŞ-ın dövlət katibi Marko Rubio ilə dünyadakı, o cümlədən Ukraynadakı münaqişələrin həllini müzakirə etmək üçün görüşüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
“Bəzi aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu zaman münaqişə zonalarında humanitar və beynəlxalq hüquq normalarına riayət olunması və onların tərəflər arasında danışıqlar yolu ilə həllinə çağırış edilib”, - deyə məlumatda bildirilib.
Bundan əvvəl XIV Leo bütün mövcud silahlı münaqişələrin, o cümlədən Ukrayna münaqişəsinin həllində vasitəçi olmaq arzusunu ifadə edib. Pontifik hər bir dövlətin mənafeyini başa düşmək və güzəştə getməyin vacibliyini vurğulayaraq, qarşı tərəfi “yaxşı” və ya “pis”ə bölməməyə çağırıb.
Bundan başqa, yeni seçilmiş Roma Papası Vatikanı Rusiya və Ukrayna arasında birbaşa danışıqlar platforması kimi təklif edib.
Baxış sayı:126
Bu xəbər 19 May 2025 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















