Romada Livan İsrail danışıqlarının növbəti raundu keçirilir
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin dəstəyi ilə Livan və İsrail nümayəndə heyətləri İtaliyanın paytaxtı Romada iki dövlət arasında vəziyyətin sabitləşdirilməsini nəzərdə tutan çərçivə sazişi üzrə birbaşa danışıqların yeddinci mərhələsinə start veriblər.
Moderator.az xəbər verir ki, bu barədə "Əl-Ərəbi Əl-Cədid" qəzeti məlumat yayıb.
Rəsmi Beyrut Bint-Cübeyl, Xiam, Zəvtar əş-Şərqiyyə şəhərlərinin və ən-Nəbatiyyə bölgəsinin müəyyən hissəsinin ikinci "pilot zonasına" əlavə olunmasını istəyir. Bu zonalar İsrail ordusunun geri çəkiləcəyi və idarəetmənin tam olaraq Livan silahlı qüvvələrinə təhvil veriləcəyi ərazilərdir.
Xatırladaq ki, iyunun 26-da Vaşinqton şəhərində tərəflər arasında müvafiq çərçivə sənədi imzalanıb. Razılaşmaya əsasən, İsrail hərbi birləşmələri Livan torpaqlarından addım-addım çıxarılmalı, Livan ordusu isə "sınaq zonalarında" yerləşən "Hizbullah" qruplaşmasını tərk-silah etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 04 Avqust 2026 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















