Romada Tesla avtomobilləri yandı
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Romada avtomobil salonunda baş verən yanğın nəticəsində 17 “Tesla” avtomobili məhv olub.
Ölkə.az xəbər verir ki, bu barədə İtaliyanın “Adnkronos” informasiya agentliyi məlumat verib.
Məlumata görə, yanğın nəticəsində 9 avtomobil tamamilə yanıb, daha 15-i isə zədələnib. Yanğınsöndürənlərlə yanaşı, hadisə yerində hüquq-mühafizə orqanları da işləyir.
İstintaq hər hansı bir versiyanı, o cümlədən bilərəkdən yandırılma ehtimalını istisna etmir.
Qeyd edək ki, iki gün öncə Almaniyanın Ottersberq şəhərində də 7 "Tesla" avtomobili tamamilə yanıb.
Həmidə İbrahimova

“Tesla” Romada avtonom idarəetmənin sınaqlarına başlayıb
23 İyun 2025 00:01
“Tesla” Romada avtonom idarəetməni sınaqlarına başlayıb
13 İyun 2025 08:35
Las Veqasda Tesla avtomobilləri yandırıldı
19 Mart 2025 09:31
“Tesla” sürücüsüz avtomobilləri sınaqdan keçirir Tarix yaxındır
29 May 2025 15:57
Tramp Tesla avtomobilləri ilə bağlı sərt xəbərdarlıq etdi
21 Mart 2025 15:01

