Romadakı danışıqlardan gözlənti: İsrail Livanla yeni razılaşmaya ümid edir
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail ümid edir ki, hazırda Romada Livanla davam edən danışıqlar Livanın cənubunda iki "pilot zona" ilə bağlı razılaşmanın həyata keçirilməsinə imkan verəcək. Həmin razılaşma İsrail qoşunlarının bu ərazilərdən çıxarılmasını nəzərdə tutur.
"AzPolitika" xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib.
"Biz bu iki pilot zona üzrə razılaşmaların icrasına başlamağa hazırıq. Ümid edirəm ki, Romadakı hazırkı danışıqlar raundu bu prosesin irəliləməsinə kömək edəcək", - Saar jurnalistlərə deyib.
Qeyd edək ki, bu gün Romada İsrail və Livan arasında danışıqların 6-cı raundu başlayır. Danışıqlar iki gün davam edəcək.
Bu mövzuda digər xəbərlər:İsrail Livanla atəşkəsə razılaşdı
25 Noyabr 2024 08:42
İsrail Livanla müharibəni dayandırır
27 Noyabr 2024 01:26
Baxış sayı:149
Bu xəbər 14 İyul 2026 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















