Roman Abramoviç İstanbul danışıqları öncəsi Kremldə göründü
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tanınmış rusiyalı oliqarx və qeyri-rəsmi diplomat Roman Abramoviç uzun fasilədən sonra ilk dəfə Moskvada, Kremldə görüntülənib.
Oxu.Az insayder.ua-ya istinadən xəbər verir ki, milyarder Rusiya və Ukrayna arasında mayın 15-də İstanbulda keçiriləcək danışıqlardan əvvəl ortaya çıxıb.
Keçmiş Çukotka qubernatoru və Londonun "Çelsi" klubunun sahibi olmuş Abramoviçin məhz indi görünməsi təsadüfi kimi qiymətləndirilmir.
Xatırladaq ki, Ukrayna deputatlarının əvvəlki açıqlamalarına görə, Kiyev 2022-2023-cü illərdə Vladimir Putinə yaxın şəxslə, əsas vasitəçi kimi Roman Abramoviçin iştirakı ilə gizli danışıqlar aparıb.


Roman Abramoviç Beşiktaş ı almaq istəyir
04 Sentyabr 2025 14:51
Rusiya Ankaradakı səfirini dəyişir İstanbul danışıqları öncəsi
02 İyun 2025 13:16
İstanbul danışıqları öncəsi müəmmalı vəziyyət Zelenski narahatdır
01 İyun 2025 15:57
Roman Abramoviç Ukraynanın Mirotvorets bazasına daxil edilib
28 Sentyabr 2025 13:49
Ukrayna nümayəndə heyəti genişləndirildi İstanbul danışıqları öncəsi qərar
23 İyul 2025 12:13

