Roman Qriqorçuk: Azərbaycana ikinci gedişim planlaşdırılmamış və...
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçuk növbəti dəfə Azərbaycandakı uğursuzluğu ilə bağlı danışıb. Sport24.az yerli KİV-ə istinadən xəbər verir ki, Ukraynanın LNZ klubuna baş məşqçi təyin olunan mütəxəssis bununla bağlı fikirlərini bölüşərkən "Neftçi" dönəminə də toxunub:
"Mən həqiqətən Ukraynaya qayıtmaq istəyirdim. Azərbaycana ikinci gedişim planlaşdırılmamış və arzuolunmaz oldu. Daha doğrusu, bu, təsadüf idi. İndi isə mən Ukraynaya qayıtdım və buna çox şadam".
Qeyd edək ki, 59 yaşlı ukraynalı mütəxəssis bu yay "Neftçi" ilə müqavilə bağlayıb. Ancaq onun "ağ-qaralar"da fəaliyyəti cəmi 9 oyun çəkib. Qriqorçuk uğursuz nəticələrdən sonra istefaya göndərilib. O, 2015-18-ci illərdə "Qəbələ"nin də baş məşqçisi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 20 Dekabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















