Icma.az
close
up
RU
Romanlarımız belə başlayır və belə bitir Siyahı

Romanlarımız belə başlayır və belə bitir Siyahı

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Azərbaycan ədəbiyyatının bəzi romanlarının ilk və son cümlələrini təqdim edir.
Siyahı xronologiya prinsipinə uyğun hazırlanmışdır.

Cəlil Məmmədquluzadə: “Danabaş kəndinin əhvalatları”

Miladiyyə tarixinin min səkkiz yüz doxsan dördüncü ilində avqust ayının əvvəllərində Danabaş kəndində bir qəribə əhvalat olubdu.

....

Ziba anasının qucağında bir az ağlayıb yuxuladı.

Ə. Haqverdiyev: “Xortdanın cəhənnəm məktubları”

Əmma raviyani-əxbər və naqilani asar və tutiyani şəkkər-şikənü şiringöftar camiül hekayətda kimdən ərz eləsinlər? Bəndədən.

...

Çox gözəl, biz də öz cəzamıza müntəzir olarıq.

Yusif Vəzir: “İki od arasında”

Dan yеri sökülürdü.

....

Dоstu Allahqulu isə Tiflisə köçüb, görkəmli bir tacir оlmaqla, nəhayət, məqsədinə çatmışdı.

Nəriman Nərimanov: “Bahadır və Sona”

Yayın isti günlərindən idi.

...

Maşo gəlib qızını dəlilər azarxanasında gördü.

A. Divanbəyoğlu: “Can yanğısı”

Danüzü idi.

...

İstirahəti yox, uyuya bilməz.

Süleyman Rəhimov: “Saçlı”

Uca dağların arasından keçən dolama yolu dolana-dolana ötən avtobus balaca şəhərin baş meydançasında dayandı.

...

- Sən özün pənahında saxla! Allah, sən özün rəhm elə! – deyə ana pıçıltı içində hıçqırırdı...

Mirzə İbrahimov: “Gələcək gün”

Bütün günü hər tərəfə od ələyən günəş təzəcə batmışdı.

Bu yol parlaq sabaha, xoşbəxt gələcəyə gedirdi.

Əli Vəliyev: “Budağın xatirələri”

Kəndimiz Salvartı dağının ətəyindədir.

...

Kəklikdə İlqarı, Sara ilə Madarı Aqil əminin yanında qoyub, yenə də Bakıya yola düşdüm....

Əbülhəsən: “Dünya qopur”

- Əmiqızı, mən qalıb kolxozda işləyəcəyəm.

...

İndi artıq İkram yuxulayırdı.

İsmayıl Şıxlı: “Dəli Kür”

Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi.

...

Kürün uğultusundan başqa heç nə eşidilmirdi.

İsa Hüseynov: “Məhşər”

Yer üzünün bir qismində Teymurləng, o biri qismində Tamerlan adı ilə tanınan Səmərqənd əmiri ilk yürüşlərini başa vurub İranı, Azərbaycanın cənub torpaqlarını, Ərməni və Qaxeti fəth edib, Kür çayı boyunca Azərbaycanın şimalına gəlib, burada gözlənilmədən Şirvanşah İbrahimlə müqavilə bağlayıb Səmərqəndə qayıtmış, səltənətinin düşməni - Qızıl Orda hakimi Toxtamış xanla növbəti vuruşmalardan sonra yeni böyük yürüşə başlayıb bu dəfə Bağdada qədər gedib çıxmış, oradan qayıdanda isə İran - Rum sərhədində İldırım Bayəzidə bac verən qalalara basqın etmiş, qarət malını və ailəsini yaz açılana qədər Zəncanda qoyub, Bayəzidin lap qulağının dibində, Ərməndə qışlamağa getmişdi.

...

Səmərqənddən başlamış Ruma qədər parçalanmaqda, dağılmaqda olan səltənətin hər yerində indi yalnız "həq mövqeyinə sadiq", laməkan batinlər, vəhdətin minillik yolunda yorulmadan, usanmadan, həq ocaqlarında, məscidlərdə, kilsələrdə, bütxanələrdə həqiqətlərini şərh edə-edə insan haqqında yaxşı söz deyirdilər və ötəri qayğıların fövqündə olan çökük sinəli, kəhrəba üzlü, gecə gözlü məkansızı vəsf edirdilər.

Anar: “Beş mərtəbəli evin altıncı mərtəbəsi”

...amma qəfilcən sükut çökdü.

...

Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki...

Yusif Səmədoğlu: “Qətl günü”

Dərd də azar kimi gələndə batmanla gəlir.

...

Yuxunuz şirin olsun, dirilər!

Elçin: “Ölüm hökmü”

Axşam düşmüşdü, Bakının aşağısından – Xəzər tərəfdən yüngül bir yaz mehi əsirdi və həmin meh o aprel axşamı Tülkü Gəldi Qəbiristanlığında Qəbiristanlıq Idarəsinin həyətindəki xartut, əncir, gilas ağaclarının təzə-tər yarpaqlarını güclə eşidiləcək bir xışıltıyla səsləndirirdi, o xışıltı həyətə yayılırdı və elə bil ki, o böyük həyətin həmin anlardakı müvəqqəti sakitliyinə, kimsəsizliyinə bir məhrəmlik gətirirdi.

...

Uzaqlarda yenə səssiz bir şimşək çaxdı...

Əkrəm Əylisli: “Kür qırağının meşələri”

Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı-qapı-qapı, tin-tin arta arta onlar yekə bir dəstək oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.

...

Qədir, ay Qədir, ay Qədir!

Məmməd Oruc: “Köçürülmə”

- Yox, mənə heç nə olmayıb, məni Vadalyan çağırıb.

...

Və kimsə uzaqda elə bil şeir oxuyurdu:

Zülmün topu var

Gülləsi var

Qələsi varsa

Haqqın da bükülməz qolu

Dönməz üzü vardır.

Seyran Səxavət: “Nekroloq”

Aralıdan baxanda yer kürəsi çürük toxuma oxşayırdı, yaxından baxanda isə oxşamırdı – eləcə çürük idi.

...

Dünya Allahın çin olmuş yuxusudu.

Kamal Abdulla: “Yarımçıq əlyazma”

...əhalinin zəlzələdən sonra Gəncədə müsibət içində əziyyət çəkdiyini görən şəhər başbilənləri elə haman... gün Bayındır Xan yenə məni öz yanına istədi və mən Günortaca, Xanın dərgahına özümü yetirib ədəblə salam verdim.

...

Qorxmayın, uçub-uçub sonunda yorulacaqlar və o zaman bizləri ədəbi olaraq tərk edib buralardan gedəcəklər...

Afaq Məsud: “Azadlıq”

…Gecəki hadisədən sonra şəhərin havası qəfildən dəyişmişdi. Yazın məsum sifəti bir günün içində qeybə çəkilmiş, göyün üzü acı-acı bozarmış, təzə-təzə çırtlamağa başlayan tumurcuqların rəngi dönmüşdü.

...

Deyilənə görə, yaxın günlər prezidentin şəxsi həkimi də - şəhərin məşhur psixiatoru professor Veyisov da bir neçə gün bundan əvvəl axşam çağı həyətlərinə daxil olan qara dövlət maşınında naməlum istiqamətə getmiş və bir daha geri qayıtmamışdı.

Səfər Alışarlı: “Maestro”

Uşaq internat məktəbdə oxuyurdu, həftənin altıncı günü fəhlə yataqxanasında yaşayan qardaşının yanına gecələməyə gedirdi.

...

Çox ucadan, İmperator eyvanında olduğu kimi demişdi və öz səsinin mərmər sütunlu foyedəki əks-sədasını bütün bunları görəndən sonra, hərbi orkestrin uzaqlaşmış, zəif riturneli altında eşitmişdi.

- Bəsdir! Əl çək! Bəsdir!

Nəriman Əbdürrəhmanlı: “Yolçu”

... Yaz ki, mən, yeddi yaşınacan çarvadar Nüsrəddinin oğlu Yusif, on dörd yaşınacan özündən ixtiyarsız İosif Eliqulaşvili, otuz yaşınacan Jozef Qrenyö, qırx doqquz yaşınacan Jozef Tiflisi, ondan bəri Mirzə Yusif Tiflisi olan Allahın həqir bəndəsi, Dar-üs-sürürlu, yəni Tiflis-ül-əsl kimsə, aradan Peyğəmbər ömrü qədər illər ötəndən sonra yaddaşımı ələk-vələk eləməyi, yaşadıqlarımı, yaşantılarımı kağıza köçürməyi niyə istədim, yəqin ki, bunun izahını özüm də verə bilmərəm.

... Mirzə Yusif düz deyibmiş, insan ömrünün harda bitəcəyini bilsəydi, həyat mənasız olardı…

Mübariz Cəfərli: “Bağban”

...Can dərdi başımı elə qatdı ki, bilmədim yaz necə gəldi, necə getdi...

...

Aşığın yanıqlı və xırıltılı səslə oxuduğu sözləri ayırd eləyə bilməsəm də, onun yanğılı-yanğılı təkrarladığı bircə kəlmədən qulaqlarım cingildəyirdi. “Neynək...”

Elçin Hüseynbəyli: “Yolayrıcında qaçış”

Dekabrın 9-da, günorta saatlarında azəri gözəli, 34 yaşlı Züleyxa Göyçək Beşiktaşda, öz malikanəsində qətlə yetirilib.

"Hürriyyət+" qəzeti, 10 dekabr 2009

...

O, susdu, deyəsən, yumşalmışdı və mən fürsətdən istifadə edib, növbəti sualımı verdim...

İlqar Fəhmi: “Aktrisa”

Möhtəşəm görkəmli bir qəhrəman əjdahanı yerə yıxıb əlindəki xəncəri onun qarnına soxmuşdu.

...

Pilləkənləri düşəndə yadıma düşdü ki, O, ölənə qədər heç bircə dəfə də mənim səsimi eşitmədi...

Həmid Herisçi: “Nekroloq”

Bu gün külək yenə güclənib.

...

Elmar Hüseynovu öldürmüş qatilin sehrli papağını başıma basıb bir daha başqalarının iti gözlərinə görünmədən, buraları həmişəlik tərk edəcəm.

Seymur Baycan: “Quqark”

Mən Quqark yay düşərgəsini indi də tez-tez xatırlayıram.

...

Anamın cavabı qısa və konkret oldu: “5 manata”.

Aqşin Yenisey: “Göləqarğısancan”

Сunun! Sazaqlı havada bir-birinin arxasına qısılıb yatmış dəvə sürüsünü xatırladan, toz-tozanaqlı yellərin, çör-çöplü boğanaqların veyilləndiyi bu boz təpələrdə, onsuz da, hamı səni divanə adlandırır, sir-sifətinə, görkəminə baxanda bilinmir, dünyaya kişi gəlmisən, yoxsa qadın.

...

Dünya o kor uşağın adını “göləqarğısancan” kimi yadında saxladı.

Pərviz Cəbrayıl: “Yad dildə”

Qəzəblə sahilə çırpılan dalğaların üsyankar, tükürpədici səsi qatı dumana bürünmüş şəhəri cırmaq-cırmaq eləmişdisə də, özü görünməyən dənizin – çirkabda boğulan bakılı Xəzərin cırmaq yerlərindən çırtlayan qan tumurcuqları mazutun altında qalıb, hələ ki, Allah bəndələrinin gözünə görünmürdü.

...

Arvadım devizi soruşduğumu zənn eləyib deyir: “Bu Xunta devrilənədək!”

Şərif Ağayar: “Gülüstan”

Gülüstan qəsəbəsinin dustaq kimi nömrələnmiş boz tikililəri, çınqıl tökülmüş geniş küçələri payız günəşinin hənirində həzin-həzin xumarlanırdı.
...
Ulduz o qədər yaxın idi ki, Adəm əlini uzadıb tutmaq istədi, ancaq qaranlıqda əlini tapa bilmədi.

Kənan Hacı: “Yağ kimi”

Yeni tikililərin zəhmli, heybətli nəhəngliyindən nəfəsi kəsilərək bir küncə sıxılıb qalmış nimdaş görkəmli mətbəənin darvazasız həyətindən çıxaraq tələsik addımlarla küçəyə tərəf addımlayan, qoltuğunda yekə bir qəzet bağlaması olan şələbığ, tösmərək, porsuq yerişli kişini uzaqdan görənlər hardansa ət şaqqası oğurlayan qəssaba oxşadırdılar.

Bu, zavallının sonuncu cəhdi idi...

Nərmin Kamal: “Aç, mənəm”

Onun bir dənə keçmiş tarixçəsi olsaydı, bütün gurultunu bu keçmişin üzərində qoparar, bu bircə həyata tam dəyərini vermək üçün çalışıb-vuruşardım.

...

Bəlkə siz də onu tanıyırsız, ona daha hansı adlarla, başqa hansı həyatlarında rast gəlmisiniz?

Cavid Zeynallı: “Günəşi gözləyənlər”

Onu Əqrəb çağırardım.

...

Çiskin yağış yağır.

Mirmehdi Ağaoğlu: “Bu gün səbr elə”

“Adamın belə bir xalaşkası ola”, - iş yoldaşı Cəmil onu dümsükləyib “Porshe Panamera”dan düşən mini yubkalı sarışın xanımı göstərdi.

...

Bir də, bir də... bir də Tanrı.

Kəramət Böyükçöl: “Çöl”

Bizə tərəkəmə deyirdilər.

...

Babam öldü, öldü çöllərin oxu kitabı.

Sevinc Elsevər: “Şəhər”

Hər zaman bir “O”dan bəhs etməyimiz daha çətin, “Mən”in dili daha yüyrək.

...

- Qızım qızıla dönüb, xəbəri yox oğlanların...

Azərbaycanlı rejissorun filmi Parisdə Əməliyyat zamanı ad günü keçirdi - Həkimlərimizin növbəti hoqqabazlığı Məşhur aktyor vəfat etdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://kulis.az
archiveBu xəbər 01 Fevral 2025 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see472

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see382

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see338

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see288

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see253

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see243

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see211

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see196

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see196

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see187

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see185

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see180

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see176

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see176

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see173

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see173

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see166

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see159

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see154

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri