Ronaldinyo 32 günlük türmə həyatını yada salıb, həbsdə qazandığı mükafatdan danışıb
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
Braziliya millisinin və "Barselona"nın keçmiş hücumçusu Ronaldinyo həbsxana çempionu olmasından və mükafat olaraq donuz almasını yada salıb. Sport24.az xəbər verir ki, braziliyalı əfsanə bu barədə Netflix-in "Yeganə və bənzəriz" sənədli filmində danışıb:
"Futbol məni ayaüstə qalmağıma, fikrimi başqa şeylərdən yayındırmağa kömək etdi. Turnirin finalında komandamız 11-2 hesabı ilə qalib gəldi. Beş qol vurdum və altı məhsuldar ötürmə etdim. Və kubok olaraq bizə 16 kiloqramlıq donuz verdilər".
Qeyd edək ki, Ronaldinyo 2020-ci ildə Paraqvayda saxta sənədlərlə ölkəyə girməyə cəhd etdiyinə görə həbs olunub. Ronaldinyo 32 gün ciddi rejimli "Agrupacion Especializada" həbsxanasında keçirib. Daha sonra ona ev dustaqlığına köçürülüb və daha dörd ay oteldə nəzarət altında qalıb. İş sonda ləğv edilib, lakin hadisə brazliyalının nüfuzuna ciddi zərbə vurub.
Baxış sayı:103
Bu xəbər 21 Avqust 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















