Ronaldinyo bir qurtum Pepsiyə görə milyonlarla dollarlıq sponsordan belə olmuşdu (Video)
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Futbol tarixinin ən çox müzakirə olunan sponsorluq hadisələrindən biri yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, əfsanəvi braziliyalı futbolçu Ronaldinyonun Koka-Kola ilə bağladığı milyonlarla dollar dəyərində əməkdaşlıq müqaviləsinin maraqlı səbəbdən ləğv edildiyi bir daha xatırlanıb.
Ronaldinyo sponsorluq müqaviləsi qüvvədə olduğu dövrdə kameralar qarşısında rəqib brend olan Pepsi içərkən görüntülənib. Həmin kadrların yayılmasından qısa müddət sonra tərəflər arasında bağlanmış müqaviləyə xitam verilib.
Bu hadisə illər keçməsinə baxmayaraq yenidən sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İzləyicilər bir içki qutusunun milyonlarla dollar dəyərində sponsorluq anlaşmasının sona çatmasını müzakirə edirlər.
Paylaşılan videoda isə bu qalmaqallı sponsorluq hadisəsinin bütün detalları və müqavilənin ləğvinə aparan prosesdən bəhs olunur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:227
Bu xəbər 24 İyul 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















