Ronaldinyodan Messiyə duyğusal vida: Səni tamamilə anlayıram, qardaşım
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Braziliya futbolunun əfsanəsi Ronaldinyo Lionel Messinin Argentina millisindəki karyerasını başa vurması ilə bağlı sosial media hesabında paylaşım edib.
Redaktor.az xəbər verir ki, Ronaldinyo Messinin futbol tarixində özünəməxsus yer qazandığını vurğulayıb və onunla eyni dövrdə futbol oynamaqdan duyduğu qüruru ifadə edib.
“Əziz qardaşım, sənin hekayənin ilk günündən etibarən onun bir parçası olmaq necə də böyük zövq və sevinc idi! Sən bizə o qədər gülümsətdin və futboldan zövq almağımıza səbəb oldun! Sənin adın həm ölkənin, həm də bütün dünyanın tarixində yer alıb.
Yalnız biz uşaqlıq arzumuzu gerçəkləşdirəndə, bütün millətimizi təmsil edib dünya çempionu olduğumuz zaman hiss etdiyimiz sevinci bilirik!
Sən milli komandan və ölkən üçün əlindən gələn hər şeyi etdin. Səni tamamilə anlayıram və bilirəm ki, ailə ilə bağlı hər şey insanı bəzi məsələlər barədə yenidən düşünməyə vadar edir.
Həyatdan zövq al, qardaşım. Bu gün və həmişə sənə ən yaxşısını arzulayıram”, - Ronaldinyo yazıb.
Turan ASLAN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 07 Oktyabr 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















